“Doğma Diyar” turunun növbəti konserti “NarMobile” sponsorluğu ilə Yevlaxda baş tutub - 25 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 25 » “Doğma Diyar” turunun növbəti konserti “NarMobile” sponsorluğu ilə Yevlaxda baş tutub
“Doğma Diyar” turunun növbəti konserti “NarMobile” sponsorluğu ilə Yevlaxda baş tutub
21:41

Yevlax konserti Röyanın şıltaqlığı, Zamiqin “faciəsi” ilə yadda qaldı.

Avqust ayının 24-də Azərbaycanın üçüncü mobil operatoru olan «NarMobile»ın sponsorluğu ilə keçirilən «Doğma diyar» ölkə üzrə konsert turu çərçivəsində pop-ulduzlar Röya və Zamiq Yevlaxda açıq havada konsert proqramı ilə çıxış ediblər.

Samir Bayramlı və Sevinc Ağaşirinovanın aparıcısı olduğu konsertdə minlərlə tamaşaçı sənətçilər Röya və Zamiqi sevgi və alıqşlarla qarşılayıb. 23 avqustda gözlədikləri proqramı 24 avqustda seyr edən tamaşaçılarla yanaşı, Yevlax şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və Mədəniyyət və Turizm İdarəsinin rəisi də müğənniləri izləyiblər.

Konsert Röyanın şıltaqlığı və Zamiqin “faciəsi” ilə də yadda qalıb. Yevlax rayon Mədəniyyət və Turizm şöbəsinin rəisi İlqar bəy, icra hakimiyyətinin başçısı Elmar Vəliyevin adından Röyaya şəkil hədiyyə edib. Röya şöbə rəisinə təşəkkür olaraq “olar sizi öpüm, həyat yoldaşınız, etiraz etməz?”- deyə müraciət edib.
Şöbə müdiri isə cavabında “elə mən də bunu gözləyirdim”,- deyib.

Digər maraqlı məqamlardan biri isə səhnəyə çıxmağa hazırlaşan Zamiqin büdrəməsi və pilləkəndən az qala yerə yıxılması olub. Müğənni canını güclə qurtarıb...

«Azerfon» MMC-dən verilən məlumata görə, konsertdə minlərlə «NarMobile» abunəçisi iştirak edib.

Qeyd edək ki, konsert turu iyulun 12-də Qubada başlayıb və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Şirvan və Lənkəran şəhərlərində keçirilib. “NarMobile” sponsorluğu və “Ulduz Production”ın təşkilatçılığı ilə həyata keçirilən “Doğma Diyar” layihəsinə Mədəniyyət və Turizm Nazirliyi dəstək verir. Azərbaycanın 15 bölgəsində keçirilən “Doğma diyar” konsert turunun “NarMobile” tərəfindən sponsorluğu bu brendin ölkə ərazisində abunəçilərinə uyğun qiymətlər və keyfiyyətli xidmətlər təqdim edən mobil operatoru kimi populyarlığını daha çox artırmağa imkan verir.

Konsertlərdə iştirak edən sakinlər “NarMobile”dan bir çox bonus qazanmaq imkanı və yeni kampaniyalar haqqında məlumat əldə edirlər. Belə ki, “NarMobile” abunəçiləri kampaniya müddətində 2222 nömrəsinə zəng edərək, cəmi 1 manat ödəməklə şəbəkədaxili 25 dəqiqə, 25 SMS və 25 MB İnternet trafik əldə edə bilirlər. Konsert zamanı SMS viktorinada iştirak edən və sualın düzgün cavabını 1111 nömrəsinə göndərən abunəçilər mobil telefonları qazanmaq şansını əldə edirlər.

Xatırladaq ki, “Azerfon” şirkəti kommersiya fəaliyyətinə 2007-ci ildən etibarən “Nar Mobile” ticarət nişanı ilə başlayıb. Ötən il “Azerfon” və “Vodafone” şirkətləri arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb və dekabr ayından etibarən şirkət “Azerfon-Vodafone” brendi ilə ölkədə ilk dəfə 3G texnologiyası üzərindən xidmət göstərməyə başlayıb. “Azerfon” şəbəkəsi Azərbaycanın ərazisinin 80%-ni əhatə edir və hazırda 1,6 mln. abunəçiyə xidmət göstərir.

Növbəti konsert avqustun 26-da Gəncədə olacaq.

Kateqoriya: Bolgeler | Baxılıb: 662 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016