Dərs ilinin ilk ayında Təhsil Nazirliyinin “Qaynar xətt”inə 2083 müraciət daxil olub - 7 Октября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Oktyabr » 7 » Dərs ilinin ilk ayında Təhsil Nazirliyinin “Qaynar xətt”inə 2083 müraciət daxil olub
Dərs ilinin ilk ayında Təhsil Nazirliyinin “Qaynar xətt”inə 2083 müraciət daxil olub
18:58

Müraciətlərin çoxu iki özəl ali təhsil məktəbin tələbələrinin köçürülməsi ilə əlaqədardır

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə sentyabr ayında 2083 müraciət daxil olub. Nazirliyin rəsmi saytında yer alan məlumata görə, müraciətlərdən 1887-si telefonla, 196-sı isə elektron poçt vasitəsilə qəbul edilib.

Müraciətlər əsasən yeni dərs ilinin başlanması ilə əlaqədar sorğu xarakterlidir. Sorğuların əksəriyyəti məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali məktəblərə qəbul, tələbələrin köçürülməsi, bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, dərs bölgüsü, şagirdlərin pulsuz dərsliklərlə təminatı, məktəbli forması və digər məsələlərlə bağlı olub.

Yeni dərs ili ərəfəsində 2 özəl ali təhsil müəssisəsi tələbələrinin köçürülməsi ilə əlaqədar daha çox (600-dən artıq) müraciət qəbul olunub. Belə ki, Moskva Dövlət Açıq Universitetinin Bakı filialının ləğvi və Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziya) qüvvədə olma müddətinin uzadılmaması barədə Təhsil Nazirliyinin əmrlərinin icrası ilə əlaqədar daxil olan bütün sorğular müvafiq sənədlərə uyğun cavablandırılıb.

Digər sorğularda isə gənc müəllimlərin təyinatla işə qə­bulu, Beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, Dövlət Proqramı üzrə xaricdə təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi qaydaları ilə bağlı məsələlərə toxunulub.

Qeyd edək ki, “Qaynar xətt” xidmətinin telefonları 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az - dır.

Kateqoriya: Tehsil | Baxılıb: 391 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016