Çempionlar Liqasının püşkü atıldı - 19 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 19 » Çempionlar Liqasının püşkü atıldı
Çempionlar Liqasının püşkü atıldı
10:07

İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının ¼ final mərhələsinin püşkü atılıb.

8 klub hər birində 4 kollektiv olmaqla 2 səbətə bölünüb.

İlk səbətdə “Barselona”, “Çelsi”, “İnter” və “Mançester Yunayted”, 2-ci səbətdə isə “Real”, “Şalke”, “Şaxtyor” və “Tottenhem” klubları yer alıb. Püşkün nəticəsinə görə “Real” ¼ final mərhələsində “Tottenhem”lə, “Çelsi” “Mançester Yunayted”lə, “Barselona” “Şaxtyor”la, “İnter” isə “Şalke” ilə qarşılaşacaq.

Qeyd edək ki, "İnter" - "Şalke" cütünün qalibi yarımfinalda "Çelsi"- "Mançester Yunayted" cütünün qalibi ilə qarşılaşacaq. "Barselona" - "Şaxtyor" matçının qalibi isə "Real"- "Totenhem" cütünün güclü klubu ilə üz-üzə gələcək.

Çempionlar Liqasının ¼ mərhələsinin ilk oyunları aprelin 5-6-da, cavab matçları isə aprelin 12-13-də keçiriləcək. Yarımfinal mərhələsinin ilk matçları aprelin 26-27-də, cavab qarşılaşmaları mayın 3-4- də baş tutacaq. Çempionlar Liqasının qalibinin adına isə mayın 28-də Londonun "Uembli" stadionunda keçirilən oyunla aydınlıq gələcək.

Həmçinin, Avropa Liqasında da püşkatma keçirildi

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkü atılıb. Püşkün nəticəsinə görə, 1/4 final mərhələsində üz-üzə gələcək klubları nəzərinizə çatdırırıq:

"Portu" - "Spartak",
"Benfika" – PSV,
"Vilyarreal" - "Tvente",
"Braqa" - "Dinamo" (Kiyev).

Qeyd edək ki, yarımfinal mərhələsində IV cütün qalibi - II cütün qalibi ilə, I cütün qalibi - III cütün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, ötən il Avropa Liqasının qalibi İspaniyanın “Atletiko” (Madrid) klubu olmuşdu.

Kateqoriya: Idman | Baxılıb: 584 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016