Çempionlar Liqasında kral! (VİDEO) - 28 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 28 » Çempionlar Liqasında kral! (VİDEO)
Çempionlar Liqasında kral! (VİDEO)
12:50

El Clasiconun ilk 2 görüşündə qazana bilməyən Barselona, Real Madridə bu dəfə sərt bir zərbə endirdi.

Vurduğu 2 qolla bu mövsüm qol sayını 51-ə çıxaran Messi, Katalonlara 28 Mayda Wembleydəki final üçün yer etdirdi.

Çempionlar liqası yarım finalında izlədiyimiz matçın bir sinir döyüşünə çevriləcəyi, qarşılaşma əvvəli 2 məşqçinin də təşkil etdiyi mətbuat konfransında müəyyən olmuşdu. Mətbuat otağından bir-birlərinə sanki qılınc çəkən Jose Mourinho ilə Pep Guardiolanın yaratdığı gərginlik, təbii olaraq futbolçulara da əks olunmuşdu.
Ən kiçik bir kobudluq olduğunda bütün futbolçular hakimə etiraza başlarkən, bir-birləriylə davamlı oynamaları səbəbiylə ‘həddindən artıq doza sindromu' yaşayan oyunçular dayanmadan qarşılıqlı itələşirdi.

NƏHƏNGLƏR LİQAsında 11-ci QOLUNA ÇATDI

Qarşılaşmanın ilk 45 dəqiqəsi bu səbəblə futbol baxımından sönük keçərkən, dövrə arasında tuneldə yaşanan döyüş və 61-ci dəqiqədə Pepenin oyun xarici qalması hərşeyin Barcelona lehinə dönməyə başladığını ortaya qoyurdu. Sahədəki say üstünlüyün də gətirmiş olduğu özünə inamla rəqibinin üzərinə yüklənən Barselona tərəfindən, sonradan oyuna girən Afellayın 76-cı dəqiqədə ön tərəfə möcüzə pasında Messinin topu torla görüşdürməsiylə 1-0 önə keçdi. Artıq Bernabeu tribunaları, 10 adamla oynayan və 1-0 geridə olan komandasına son bir dəstək verməyə çalışırdı. Ancaq 87-də bir daha səhnəyə çıxan Argentinalı ulduz, bütün Real Madrid müdafiə sistemini ipə düzərək Barselonanı 2-0 önə keçirib, komandasına Londondakı final oyununa yer etdirirdi.

MADRİDdə HADİSƏ VAR

Başdan sona bir gərginlik filmi kimi keçən ‘El Clasicoda yumruqlar danışdı, təpiklər havada uçuşdu. Barselona tərəfindən ehtiyat qapıçı Pinto və Real Madridli Pepe qovularkən, Jose Mourinho da tribunaya göndərildi. Qarşılaşmanın ilk yarısında meydan Pedro və Busquetsin şiddətli bir zərbə almamalarına baxmayaraq özlərini yerə atması səbəbiylə bir neçə dəfə qarışarkən, ortalıq əsl ilk hissəyə nöqtəni qoyan fitlə qarışdı. Tunel girişində Barselonalı ehtiyat qapıçı Pinto, RealMadrid ehtiyat cərgəsindən bir vəzifəlini itələtdirərək yerə düşməsinə səbəb oldu. Təcrübəli əlcək sahibi bu hərəkəti səbəbiylə Alman hakim Stark tərəfindən qırmızı kartla cəzalandırılarkən, Barselona matçı ehtiyatda ehtiyat qapıçısı olmadan tamamlamaq məcburiyyətində qaldı.

MOURINHO DA QOVULDU

İkinci hissədə Pepenin Dani Alvesə etdiyi sərt kobudluq səbəbiylə oyun bir daha qarışarkən, Portuqaliyalı oyunçunun qırmızı kart görməsinin ardından köməkçi hakimə jest və mimikləriylə bu qərardan xoşlanmadığını ifadə edən R. Madrid məşqçisi Mourinho, hakim tərəfindən oyun xaricinə göndərildi. Mourinho,qarşılaşmanın son yarım saatını tribunadan izləmək məcburiyyətində qaldı. Əlindəki dəftərə yazdığı qeydləri RealMadrid ehtiyat cərgəsindəki bir vəzifəli vasitəsiylə köməkçi məşqçi Aitor Karankaya göndərən Mourinho, bu şəkildə taktika zəkasını komandaya çatdırmış oldu.

PEPE QOVULDU

Mourinho, etdiyi şərhlərdə davamlı Barselonaya qarşı oynadığı matçlarda komandasının matçı 11 adam bitirə bilməməsindən dərd yanır, Katalan klubun bir şəkildəoyunda bir adam çox şəkildə mübarizə etməsindən şikayətlənirdi. Portuqaliyalı məşqçinin bu üsyanı dünən axşam da haqlı çıxdı. Daha əvvəl Çelsi və Interin başındaykən Barselonaya qarşı oynadığı matçlarda komandası 10 adam qalan Mourinho, qısa bir müddət içində oynanılan 3-cü ‘El Clasicoda 2-ci dəfə oyundan10 adamla ayrılmaq məcburiyyətində qaldı.

Kateqoriya: Idman | Baxılıb: 537 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016