CAR-2010: Mundiala damğa vuran olaylar - 14 Июля 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyuL » 14 » CAR-2010: Mundiala damğa vuran olaylar
CAR-2010: Mundiala damğa vuran olaylar
15:55

Vuvuzela, Paul, hakim səhvləri, Jabulani, İtaliyada fiasko, Fransada xaos…

Cənubi Afrika Respublikasında keçirilən Dünya çempionatı başa çatdı. Final matçında Hollandiyaya 1:0 hesabı ilə qalib gələn İspaniya tarixində ilk dəfə dünya çempionu titulunu qazandı.
Tam bir ay davam edən mundiala vuvuzela, hakim səhvləri, İtaliyanın qrupda qalması, Fransa yığmasındakı böhran, bir çox ulduz futbolçunun uğursuzluğu, jabulani topu və s. olaylar damğa vurdu.

Vuvuzela
Cənubi Afrika mədəniyyətinin bir parçası olan bu nəfəs aləti çıxardığı səs və gurultu ilə futbolsevərlər üçün kabusa çevrildi. CAR millisinin meydana çıxmadığı oyunlarda da 90 dəqiqə susmayan vuvuzelaların komanda hücumda və müdafiədə olduğu, qol vurduğu və buraxdığı zamanlarda da çalınması böyük etirazlara səbəb oldu.
Əslində vuvuzela Dünya çempionatının startından əvvəl bütün dünyanın müzakirə mövzusuna çevirilmişdi. Lakin uzun müzakirələrdən sonra FİFA bu çalğı alətinə qadağa qoymaqdan imtina etdi

Səkkizayaq
Dünya çempionatının qəhrəmanlarından biri də təbii ki, səkkizayaqlı dəniz ilbizi Paul oldu. Populyarlığına görə, dünyanın ən məşhur futbolçularını belə üstələyən bu canlı Almaniya yığmasının çempionatın final mərhələsində keçirdiyi oyunların bütün nəticələrini əvvəlcədən tapmağı bacardı. Paulun son proqnozu da düz çıxdı. Final matçından öncə İspaniyanın qalib gələcəyini proqnozlaşdıran ilbizə inananların sayı dəfələrlə artmış oldu.

Qeyd edək ki, Paulun ortaya çıxmasından sonra heyvanların proqnozlarına inananların sayı artmağa başlayıb. Malaziyada «Mina Kuti» ləqəbli uzunquyruq tutuquşu da proqnozlar açıqlamağa başlayıb. Amma onun versiyası özünü doğrultmadı. Belə ki, tutuquşu finalda Hollandiyanın qalib gələcəyini proqnozlaşdırmışdı.

Hakim səhvləri
Turnirə hakim səhvləri də damğa vurdu. 1/8 finaldakı rusvayçı səhvlər futbolda müasir texnologiyanın imkanlarından yararlanmağın vacibliyini önə çıxardı.
Eyni gündə öncə İngiltərə - Almaniya matçında hesab 1:2 olarkən ingilis Frank Lempardın zərbəsindən sonra açıq-aşkar qapı xəttini keçən top qeydə alınmadı. Ardınca Argentina - Meksika matçında argentinalı Karlos Tevezin ofsayddan vurduğu qol qeydə alındı və hesab 1:0 oldu. Oyun Argentinanın 3:1 hesablı qələbəsi ilə başa çatdı və FİFA Meksikadan üzr istədi.

Jabulani
Turnirdə istifadə edilən «Adidas»ın istehsalı olan top hələ Dünya çempionatının startından əvvəl futbolçular və mütəxəssislər tərəfindən ciddi şəkildə tənqid edildi. Yarışın gedişində isə onların nə qədər haqlı olduğu ortaya çıxdı. Belə ki, bir çox oyunlarda futbolçuların bəzi hallarda topa nəzarət edə bilmədiyi müşahidə olundu. Bəzi komandaların qapıçıları «Jabulani»nin hansı istiqamətə gedəcəyini müəyyənləşdirə bilməyib, yersiz qollar buraxdı. Özəlliklə cinah dəyişdirərək, hava ötürmələrində topa nəzarət mümkünsüz olurdu.

İtaliyanın fiaskosu
Təbii ki, Dünya çempionatının ən çox müzakirə olunan komandası İtaliya yığması oldu. CAR-a dünya çempionu kimi yollanan italiyanlar Afrikada fiasko ilə üzləşdi. Yeni Zelandiya, Paraqvay və Slovakiya ilə birlikdə F qrupunda yer alan Marselo Lippinin komandası turniri qələbə qazanmadan tamamladı. Qrupda qalan və evə erkən dönməli olan komandanın baş məşqçisi və futbolçuları az qala bütün İtaliya tərəfindən «düşmən» elan edildi.

Fransada xaos
Seçmə mərhələ oyunlarında Tyerri Anrinin əllə saxlayaraq, verdiyi qol ötürməsi sayəsində Dünya çempionatına yollanan Fransa da İtaliyanın aqibətini yaşadı. DÇ-2010 finalçısı da CAR-da mübarizəni qrup mərhələsində başa vurdu.

A qrupunda yer alan Fransa sadəcə bir xal qazana bildi. Komandada bəzi oyunçularla baş məşqçi Raymon Domenek arasında böyük qalmaqal yaşandı. Nikola Anelka baş məşqçini təhqir etdiyi üçün komandadan qovuldu. Buna etiraz edən digər futbolçular məşqə çıxmaqdan imtina etdi. Yığma komanda iki yerə bölündü. Millinin qrupda mübarizəni dayandırmasından sonra başda prezident Nikola Sarkozi olmaqla Fransa hökuməti, parlamenti və siyasətçiləri olaya müdaxilə etdi. Vəziyyət o yerə çatdı ki, FİFA Fransa hökumətini hədələyərək, federasiyanın işinə qarışmamağı tələb etdi və əks halda sanksiyalar tətbiq edəcəyi ilə hədələdi.

Ulduzların uğursuzluğu
Mundialda çox şey gözlənilən bir çox ulduz futbolçu turniri qol vurmadan tamamladı. Dünyanın ən yaxşı oyunçusu olaraq göstərilən argentinalı Lionel Messi 1/4 finalda Almaniyaya 0:4 hesabı ilə yenildikləri matçdan sonra Dünya çempionatını göz yaşları içərisində tərk etdi.
Fransız Frank Riberi, ingilis Ueyn Runi, braziliyalı Kaka, portuqaliyadı Kriştiano Ronaldo və başqa futbolçular turnirdən onlardan gözlənilən oyunu sərgiləməməklə, xəyal qırıqlığı yaratdılar.

Vərəqə yağışı
Hollandiya - İspaniya oyunu Dünya çempionatları tarixinin ən çox vərəqə göstərilən qarşılaşması oldu. Matç ərzində ingilis referi Hovard Uebb düz 15 dəfə əlini cibinə atmalı oldu. Hollandiyanın 8, İspaniyanın 6 oyunçusuna sarı vərəqə göstərən referi hollandları son 11 dəqiqədə 10 nəfərlə oynamağa məcbur etdi. Con Heytinqaya ikinci sarı vərəqəni göstərən hakim bununla da ən çox vərəqə göstərilən finalın qəhrəmanlarından biri oldu.
Hakimlər ümumilikdə turnir ərzində futbolçulara 258 sarı, 10 qırmızı vərəqə göstərdi.

Qeyd edək ki, Dünya çempionatlarında 1966-cı ildən sarı və qırmızı vərəqələrin tətbiq olunmasına başlanılıb.

DÇ-1966-nın finalında cəmi 1 sarı vərəqədən istifadə edilib. DÇ-1990-nın finalında 3 sarı, 2 qırmızı vərəqə göstərilib. Argentinanın iki oyunçusunu meydandan qovan meksikalı referi Almaniyanın çempionluğunda böyük pay sahibi olub. İtaliyada keçirilən DÇ-2006-nın finalında futbolçulara 4 sarı və 1 qırmızı vərəqə göstərilib. Hakim Fransa və dünya futbolunun canlı əfsanəsi Zinəddin Zidanı meydandan qovub.

Ən "kasıb" çempion
Final matçında Andres İnyestanın Hollandiyanın qapısına vurduğu qol kubok tarixinin 2064-cı qolu oldu. Bu mundialın ən tez qolu turnirin bombardiri Tomas Müllerin ayağına yazıldı. 20 yaşlı forvardın Almaniya - Argentina (4:0) matçının üçüncü dəqiqəsində vurduğu qol DÇ-2010-un ən tez vurulmuş qolu kimi tarixə düşdü. Almaniya ən çox qol vuran komanda oldu - 16. Portuqaliya və İsevçrə qapısında ən az qol görən komandalar kimi tarixə düşdü - 1. Turnirdə 2 avtoqol, 9 penalti qeydə alındı. 6 penalti zərbəsi isə qeyri dəqiq yerinə yetirildi.

İspaniya tarixə ən az qol vuran çempion kimi düşdü. 7 matçda rəqib qapılarına cəmi 8 qol vuran ispanlar mundial tarixində çempionun 7 oyun keçirməyə başladığı DÇ-1945-dən bəri ən "kasıb" komanda oldu. İndiyədək çempion komanda rəqib qapılarına 10-dan az qol vurmamışdı.

Kateqoriya: Idman | Baxılıb: 417 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016