Bu il Azərbaycanda 80-ə yaxın şagirdin qızıl və gümüş medalla təltif olunacağı gözlənilir - 19 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 19 » Bu il Azərbaycanda 80-ə yaxın şagirdin qızıl və gümüş medalla təltif olunacağı gözlənilir
Bu il Azərbaycanda 80-ə yaxın şagirdin qızıl və gümüş medalla təltif olunacağı gözlənilir
18:50

Azərbaycanın rayon və şəhər təhsil şöbələri 2010-2011-ci dərs ili üzrə tam orta təhsil səviyyəsini uğurla başa vurması gözlənilən, qızıl və ya gümüş medala namizəd şagirdlərin adlı siyahısını Təhsil Nazirliyinə təqdim edib.

Nazirliyin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Təranə Hacıyeva APA-ya bildirib ki, siyahıda Bakı Şəhəri üzrə Təhsil İdarəsi istisna olmaqla, rayon və şəhərlərdən qızıl və gümüş medala namizəd təxminən 40 nəfərin adı var.

T. Hacıyeva deyib ki, Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na uyğun olaraq şagirdlərin qızıl və ya gümüş medala namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb və müvafiq qərar qəbul edilib: “Aprelin 17-də daha 9 rayon üzrə yoxlama imtahanı keçirilib. Bu imtahanın nəticələri aprelin 20-dək açıqlanacaq. Yoxlama imtahanının, eyni zamanda buraxılış imtahanının nəticələrindən asılı olaraq həmin namizədlərin medalla təltif edilib-edilməyəcəyi məlum olacaq”.

T. Hacıyevanın sözlərinə görə, medala ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirməklə tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi, illik qiymətlərinin isə hamısı "əla" olan və bunlarla yanaşı, nümunəvi davranışı ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən şagirdlərin namizədliyi irəli sürülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı isə qeyd edib ki, qızıl və gümüş medala namizədlərin siyahısının Təhsil Nazirliyinə aprelin 15-dək təqdim edilməməsinin səbəbi texniki problemlərlə bağlı olub. İdarənin nazirliyə sabah təqdim edəcəyi siyahıda 40-a yaxın namizədin adı əksini tapıb. Z. Əliqızı namizədlərin sayının çoxluğunu paytaxtın təhsil göstəricilərinin yüksək olması ilə izah edib.

Xatırladaq ki, Azərbaycanda orta məktəbi müvəffəqiyyətlə bitirən məzunlara qızıl və ya gümüş medalların verilməsi 1990-cı illərin əvvəllərində dayandırılıb. 1992-ci ildə qəbul edilən “Təhsil haqqında” qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulub. Uzun müzakirələrdən sonra 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunda bu ənənə bərpa edilib.

Kateqoriya: Tehsil | Baxılıb: 300 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016