Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyun » 18 » Bu il abituriyentlər 15-ə qədər ixtisas seçə biləcəklər
Bu il abituriyentlər 15-ə qədər ixtisas seçə biləcəklər
13:49

I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, III qrup 300-dən az olmayan abituriyentlər müsabiqəyə buraxılacaqlar

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Abituriyent” jurnalının 3-cü sayı nəşr olunub. TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, jurnalda bu materiallar əksini tapıb:

ali məktəblərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan, Qabiliyyət İmtahanı Komissiyaları üzrə müsabiqə şərtləri, qəbul aparılan ixtisasların siyahısı, dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozu, dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında fərdi müqavilənin nümunəsi, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları və digər mühüm məlumatlar əksini tapıb.

- İxtisas seçimi
İxtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılacaq.

Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmayacaq.
Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra müəyyən ediləcək.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin eyni ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə biləcək.

Ali təhsil müəssisələrinin Qabiliyyət İmtahanı Komissiyaları üzrə müsabiqə şərtləri

Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisasları yalnız qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə (bu tələblərə dair cədvəl “Abituriyent” jurnalının 3-cü sayında təqdim olunub) uyğun olan abituriyentlər seçə bilərlər. Test imtahanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti qoyulmur. Abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.

Qəbul aparılan ixtisasların siyahısı

Bu bölmədə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla qəbul aparılmasından asılı olmayaraq ali təhsil müəssisələrinin ixtisaslar siyahısında hər bir ixtisas üzrə ümumi plan təqdim edilib. Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. TQDK tərəfindən dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələbləri ödəyə bilməyən abituriyentlər yalnız ödənişli əsaslarla təhsil ala bilərlər. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

Ali təhsil müəssisəsinə dövlət sifarişi əsasında qəbul olan abituriyent müəyyən olunmuş vaxtda qəbul olduğu təhsil müəssisəsinə tələb olunan sənədləri təqdim edib qeydiyyatdan keçməlidir. Bu zaman ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında müqavilə bağlanır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2010/2011-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə (bakalavriat səviyyəsi, rus bölməsi) tələbə qəbulu elan edir: 1. Filologiya; 2. Tətbiqi riyaziyyat; Kimya; Psixologiya. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyası tərəfindən aparılan sınaqlarda TQDK-nın 2010-cu ildə keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə "əla" və "yaxşı" qiymətlə bitirən və TQDK-nın keçirdiyi test imtahanlarında 350 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər. Jurnalın bu bölməsində abituriyentlər qəbul aparılan ixtisaslar üzrə plan yerlərinin sayı, sənəd qəbulu və müsabiqə şərtləri ilə ətraflı tanış ola bilərlər.

Bundan əlavə jurnalda Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu qaydaları (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında), Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakultəsinə tələbə qəbulu qaydaları da nəşr edilib.

Kateqoriya: Tehsil | Baxılıb: 1346 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024