Bu il 14 min məzun attestat ala bilməyəcək - 22 Июня 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyun » 22 » Bu il 14 min məzun attestat ala bilməyəcək
Bu il 14 min məzun attestat ala bilməyəcək
19:25

Təhsil naziri artıq Bakı və Sumqayıtda attestatların verilməsinə başlanıldığını bildirib

“Builki 11-ci siniflərin buraxılış imtahanlarının nəticələri göstərir ki, 14 min şagird attestat ala bilməyəcək.

Həmin şagirdlər gələn il yenidən imtahan verməklə, attestat ala bilmək imkanı qazanacaqlar”.Bu il respublika üzrə 11-ci sinfi bitirən 92002 şagirddən 88815-i (96,54%) buraxılış imtahanında iştirak edib. Həmin şagirdlərin 74832-si müvəffəq qiymət alıb.

APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, builki göstərici ötən ildəkindən təqribən 10% yüksəkdir. M. Mərdanov bildirib ki, Bakıda Təhsil Nazirliyinə tabe olan və ali təhsil müəssisələrinin nəzdindəki məktəblər üzrə imtahanda 23222 nəfər 11-ci sinif şagirdindən 23037 nəfər (99,20%) iştirak edib. Onlardan 21441-i nəfər müvəffəq qiymət alıb.

Nazirin sözlərinə görə, Gəncə, Mingəçevir, Naftalan, Şirvan və Sumqayıt şəhərləri üzrə imtahanda 8168 şagirdin iştirakı nəzərdə tutulsa da, onlardan 8048-i (98,53% ) bu imtahanlara qatılıb, 7420 (92,20% ) şagird müvəffəq qiymət alıb.

Azərbaycanın 59 kənd məktəbinin 11-ci sinfini bitirən 60152 şagirddən 57273-ü buraxılış imtahanında iştirak edib, onlardan 45 515-i müvəffəq qiymət alıb.

Nazir deyib ki, ötən tədris ilində attestat ala bilməyən 8586 nəfər 11-ci sinif məzunundan 6413-ü bu il imtahanda iştirak edib. Onlardan 3852-si müvəffəq qiymət, 2173 nəfər isə “qeyri-kafi” alıb.

Artıq Bakı və Sumqayıtda attestatların verilməsinə başlanılıb. Bu gündən digər rayon və şəhərlərdə də attestatların verilməsinə başlanacaq. Nazir bu il təqribən 14 min məzunun attestat ala bilməyəcəyini vurğulayıb: “Ötən il isə bu rəqəm 18325 idi”.

Nazir bildirib ki, ötən il attestat almayan şagirdlərin sayı 18325 nəfər olub. Onun sözlərinə görə, iyunun 23-də son iki ildə buraxılış imtahanlarından kəsilən və attestat ala bilməyən məzunlar üçün daha bir şans yaradılacaq. Həmin şagirdlər buraxılış imtahanlarına cəlb olunacaqlar. İmtahanlarda iştirak etmək istəyən məzunlar mərkəzləşdirilmiş qaydada imtahan verib, attestat ala bilərlər.

Kateqoriya: Tehsil | Baxılıb: 481 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2010  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016