Bu gecə Azərbaycanda yay vaxtı ləğv olunacaq - 30 Октября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Oktyabr » 30 » Bu gecə Azərbaycanda yay vaxtı ləğv olunacaq
Bu gecə Azərbaycanda yay vaxtı ləğv olunacaq
10:38

Saat 05.00-da əqrəblər bir saat geri çəkiləcək.

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 saylı qərarına uyğun olaraq, Azərbaycan Respublikası ərazisində yay vaxtı 2010-cu il oktyabrın 31-də saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə ləğv ediləcək və ölkəmiz qış vaxtına keçəcək.

Ötən əsrdə sovet hakimiyyətinin müstəmləkəsi olan Azərbaycanda saatlar 1930-cu ildən yay və qış vaxtına keçilməklə çəkilməyə başladı. Müstəqillik qazanandan sonra da bu ənənəyə sadiqlik nümayiş etdirilib. Amma Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarı ilə Azərbaycanda yay və qış vaxtlarına keçilməsi məsələsi qəti şəkildə müəyyənləşdirildi. Bununlada hər il mart və oktyabr ayının son bazar günləri saatların əqrəbləri bir saat irəli və geri çəkilir. Bu il saatların çəkilməsi oktyabrın 31-nə təsadüf edir. Belə ki, bu gecə saat 05.00-da Azərbaycan ərazisində saatlar 1 saat geri çəkiləcək və yay vaxtı ləğv olunacaq və ölkəmiz qış vaxtına keçəcək.

Nazirlər Kabinetinin bu qərarın icrasına nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi edir.

Qeyd edək ki, ölkə ərazisində hələ də etalon saatın olmaması səbəbindən vaxtı tənzimləməkdə çox vaxt əziyyət çəkirik. Daha dəqiq desək saatımızın dəqiq işləməsi üçün hansı mənbəyə istinad etməyimizi bilmirik. Amma bu məsələ də yaxın vaxtlarda öz həllini tapacaq.

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, etalon mərkəzində artıq lazım olan avadanlıqlar yerləşdirilib. “Qısa zamanda biz saatlarımızı ona uyğun tənzimləyəcəyik”.

Bəs saatların irəli-geri çəkilməsi səhhətimizə necə təsir bağışlayır? Bəzən elə düşünürük ki, səhər yuxudan bir saat tez qalxmağımız və yaxud bir saat gec oyanmağımız bizə mənfi enerji bağışlayır. Mütəxəssislər isə belə düşünmür.

Həkim Vaqif Cavanşirovun sözlərinə görə, saat çəkilməsinin insan orqanizminə heç bir təsiri yoxdur: “Bir-iki gün insan öyrəşməyə bilər, amma sonra adaptasiya olunur. Bu özünü bir az ürəyi zəif olanlarda, metohəssas insanlarda biruzə verir”.

Xatırladaq ki, saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Qonşu Rusiyada ilk dəfə 1917-ci ildə yay vaxtına keçilib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Energetiklərin fikrincə, saatların dəyişməsi təxminən 1 saatlıq elektrik enerjisinə və təbii qaza qənaət etməyə imkan verir. Amma təəssüf ki, Azərbaycanda hələ bu vaxta qədər yay vaxtına keçməklə elektrik enerjisinə və mavi yanacağa nə qədər qənaət edildiyinin statistikasını aparan olmayıb. Lakin yay və qış vaxtına keçid qaydalarına qoşulmayan ölkələr də var. Onların sırasına Gürcüstan, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Çin, Estoniya daxildir.

Xatırladaq ki, saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Qonşu Rusiyada ilk dəfə 1917-ci ildə yay vaxtına keçilib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Energetiklərin fikrincə, saatların dəyişməsi təxminən 1 saatlıq elektrik enerjisinə və təbii qaza qənaət etməyə imkan verir. Amma Azərbaycanda hələ bu vaxta qədər yay vaxtına keçməklə elektrik enerjisinə və mavi yanacağa nə qədər qənaət edildiyinin statistikasını aparan olmayıb. Yay və qış vaxtına keçid qaydalarına qoşulmayan ölkələr də var. Onların sırasına Gürcüstan, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Çin, Estoniya daxildir.

Kateqoriya: Muxtelif | Baxılıb: 378 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016