Bir qrup müəllim Təhsil Nazirliyindən narazı düşüb - 3 Октября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Oktyabr » 3 » Bir qrup müəllim Təhsil Nazirliyindən narazı düşüb
Bir qrup müəllim Təhsil Nazirliyindən narazı düşüb
11:20

Onlar ucqar rayonlara təyinat alaraq müəyyən olunmuş güzəşlərdən istifadə etmək istəyirlər

Azərbaycanda ucqar rayonlara çalışmağa gedən müəllimlərə müəyyən maddi köməkliklərin olacağını eşidib, Təhsil Nazirliyinə müraciət edən bir qrup pedaqoqa verilən cavab onları məyus edib.

“Biz bir neçə müəllim istəyirik ki, Azərbaycanın ucqar regionlarında çalışaq. Bununla əlaqədar Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişik. Lakin bizim müraciətimizə baxan olmayıb. Hər dəfə bir bəhanə gətirilir”, - deyə Hacıqabul rayonuna təyinat almaq istəyən tarix müəllimi Zaur İbrahimov ANS PRESS-ə şikayətində bildirib.

Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin baş məsləhətçisi Xəyyam Fərəcov ANS PRESS-ə açıqlamasında deyilən ittihamların əsassız olduğunu bildirdi.

“Biz bütün vətəndaşları qəbul edirik. Onların bütün şikayətləri dinlənilir. Zaur İbrahimovun özü də dəfələrlə bizimlə əlaqə saxlayıb. O, 3 il bundan əvvəl Qobustan rayonuna təyinat ilə müəllim vəzifəsinə göndərilmişdi. İndi isə Hacıqabul rayonuna getmək istəyir. Lakin biz Nazirlər Kabinetinin qərarına əsasən son 3 ildə məzun olan şəxslərə təyinat veririk. Yəni, təzminat yalnız ucqar rayonlara müəllim təyinatı ilə gedən gənclərə aid edilir. Zaur müəllim isə gənc kadr olmadığı üçün imtiyazlı kateqoriyaya aid deyil. Bu, hər dəfə müraciət edəndə Zaur müəllimə bildirilir”, - deyə Xəyyam Fərəcov vurğuladı.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu ilin aprelində imzaladığı “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərinin müəyyən edilməsi haqqında” yeni qərar əsasında gənc mütəxəssislərə tətbiq olunan maliyyə vəsaitləri artırılıb, ipoteka kreditlərinin verilməsi məsələsi nəzərdə tutulur.

Qərara əsasən, güzəştlər dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti orta məktəbdə davam etdirən, pedaqoji məktəbi bitirmiş gənclərə şamil edilir. Həmin gənclərə yol, əmlakın daşınması üçün nəqliyyat xərcləri, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 40 manat məbləğində kompensasiya veriləcək. Eyni zamanda, işə yeni başlayanların yaşayış sahələrinə ehtiyacları ödəniləcək, torpaq sahələri ayrılacaq, ipoteka kreditləri veriləcək.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən orta məktəblərdə əmək fəaliyyətinə başlayan hər bir müəllimə qeyd edilən həvəsləndirmə tədbirləri ilə yanaşı, onlara həm də 3 il müddətində 70 manat məbləğində aylıq əmək haqqına əlavə ödəniləcək. Başqa sözlə, 20 km-dək məsafədə yerləşən məktəblərdə fəaliyyət göstərənlərə ayda 40, 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə dövlət sifarişinə uyğun işləyənlərə ayda 110 manat maliyyə vəsaiti ödəniləcək.

Kateqoriya: Tehsil | Baxılıb: 466 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016