Bakıya gələn qatarlar ləngidi, abituriyentlər imtahana gecikdi - 17 Июля 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » İyuL » 17 » Bakıya gələn qatarlar ləngidi, abituriyentlər imtahana gecikdi
Bakıya gələn qatarlar ləngidi, abituriyentlər imtahana gecikdi
11:20

Güclü yağış nəticəsində elektrik xətti qırılaraq dəmir yolu xəttinin üstünə düşüb

Ağstafa-Bakı sürət qatarı və Böyük Kəsik-Bakı sərnişin qatarının hərəkətində ciddi problem yaranıb. Gəncə şəhərinə saat 24:00 radələrində çatmalı olan qatarlar, ləngiyərək bu gün saat 03:00 radələrində yetişib. Ağstafa qatarındakı sərnişinlərin Milli.Az-a verdiyi məlumata görə, qatarda olanların əksəriyyəti abituriyentlərdir. Onlar bu gün ali məktəblərə IV qrup üzrə keçirilən qəbul imtahanına gəlirlər.

Abituriyentlərin buraxılış vərəqsəsində isə onların imtahana saat 09:30-da buraxılacağı qeyd olunub. Lakin qatarın ləngiməsi nəticəsində abituriyentlər imtahan verməli olduqları ünvanlara vaxtında çata bilməyiblər. Qeyd edək ki, Böyük Kəsik-Bakı qatarı hələ də Lökbatan ərazisindədir. Ağstafa-Bakı qatarı isə yolda sürət yığaraq mənzil başına yarım saatlıq gecikmə ilə yetişə bilib.

"Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin “Sərnişindaşıma” İstehsalat Birliyinin rəisi Elyar Muradov bildirib ki, qatarların gecikməsinin obyektiv səbəbləri var. Belə ki, Ağstafa rayonunda yağan güclü yağış nəticəsində “Azərenerji” ASC-nin yüksəkgərginlikli elektrik xətti qırılaraq dəmir yolu xəttinin üstünə düşüb. Nəticədə qatarların hərəkətində ciddi problem yaranıb. Problemin aradan qaldırılması üçün xeyli vaxt sərf olunub və nəticədə qatarlar ləngiyib.

"Azərbaycan Dövlət Dəmir Yolları" QSC yaranmış problemlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını (TQDK) məlumatlandırmayıb. E.Muradovun sözlərinə görə, TQDK-dan və başqa dövlət qurumlarından onlara sorğu ilə müraciət olunsa, qatarların ləngiməsinin səbəblərini izah etməyə hazırdırlar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə qəbul imtahanına gecikən abituriyentlərə güzəşt olunmayacağını bildirib. Onun sözlərinə görə, hər hansı gözlənilməz hadisəni nəzərə alıb imtahana bir gün qabaq gəlmək lazımdır. E.Nağızadə onu da bildirib ki, abituriyentlər saat 11:30-dək imtahana buraxıla bilər.

Kateqoriya: Muxtelif | Baxılıb: 386 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016