Bakının tələbə qazandırmayan məktəbləri açıqlandı - 3 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 3 » Bakının tələbə qazandırmayan məktəbləri açıqlandı
Bakının tələbə qazandırmayan məktəbləri açıqlandı
17:27

Bakının 7 məktəbinin məzunu ali məktəbə daxil ola bilməyib
Ötən il paytaxt abituriyentlərinin çoxu İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub

Məleykə Abbaszadə: “Əlaçı abituriyentlərinin 3,85 faizi 200 baldan aşağı nəticə göstərib”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün Bakı şəhərində 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı məruzə ilə çıxış edib.

Müşavirədə Bakı şəhərinin 2010-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair qısa statistik məlumat verilib.

Ötən il Bakıda orta ümumtəhsil məktəblərini 22449 şagird bitirib və attestat alanladan 18832 nəfəri qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 8475 məzunu (imtahanlarda iştirak edənlərin 45.00 faizi) tələbə adını qazanıb. Şəhərin məzunlarının 2060 nəfəri 500-dən, o cümlədən 550 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.

Bakı şəhərinin abituriyentlərinin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:
Şəhərin abituriyentlərinin yalnız 38.94 faizi 300-dən yuxarı bal toplayıb.

Qəbul imtahanlarında paytaxtın 316 məktəbinin məzunları iştirak edib. Bu məktəblərdən 87 saylı (lal-karlar axşam qiyabi), 159 saylı orta məktəbin nəzdindəki qiyabi-axşam məktəbinin, 185, 209, 262, 295, 324 saylı orta məktəblərin bir abituriyenti belə ali təhsil muəssisəsinə qəbul olmayıb. 197 saylı orta məktəbin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır.

Respublika üzrə yaxşı məktəblər sırasına bu il şəhərin 72 saylı məktəb-liseyi, 287 saylı “Zəkalar” liseyi, 147 saylı texniki-humanitar təmayullu liseyi, Texniki humanitar liseyi, 160 saylı klassik gimnaziyası, 291 saylı “Araz” ekologiya liseyi, Beynəlxalq təhsil kompleksi, 261 saylı məktəb-liseyi, 2 saylı orta texniki və humanitar elmlər liseyi, 83 saylı məktəb-liseyi, 16 saylı texniki humanitar liseyi, 264 saylı məktəb-liseyi, Bağca-məktəb-lisey kompleksi, 1, 22, 23, 25, 30, 34, 35, 48, 54, 70, 82, 95, 102, 138, 143,145, 151, 157, 191, 207, 210, 214, 220, 236, 240, 244, 245, 246,251, 258, 267, 269, 275, 304 və 319 saylı orta məktəbləri daxil olub

Zona müşavirəsində Təhsil Naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, eləcə də Binəqədi, Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Şuşa, Zəngilan, Xocalı və Xocavənd rayonlarının orta ümumtəhsil məktəblərinin direktorları və müəllimlərinin iştirak ediblər.

M.Abbaszadə həmçinin qeyd etdi ki, keçən il Bakının əlaçı abituriyentlərinin 3,85 faizi 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərənlər isə 74,18 faiz təşkil edib. O bildirib ki, 2010-cu il ali məktəblər qəbul imtahanlarında paytaxt abituriyentlərindən 19,74 faizi 0-100 bal, 20,38 faizi 100-200 bal, 20,94 faizi 200-300 bal, 28,01 faizi 500 baladək, 10,94 faizi isə 500 baldan çox nəticə göstərib. Beləliklə, abituriyentlərin 38, 94 faizi 300 baldan çox toplaya bilib.

Kateqoriya: Tehsil | Baxılıb: 497 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016