Bakıda “Nur xəzinəsi-19” adlı Qurani-Kərim sərgisi keçiriləcək - 4 Ноября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Noyabr » 4 » Bakıda “Nur xəzinəsi-19” adlı Qurani-Kərim sərgisi keçiriləcək
Bakıda “Nur xəzinəsi-19” adlı Qurani-Kərim sərgisi keçiriləcək
18:01

Sərgidə ən qədim kitab nüsxələri nümayiş etdiriləcək

"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarix-memarlıq qoruq-muzeyinin məscidində “Nur xəzinəsi-19” adlı Qurani-Kərim sərgisi keçiriləcək. Sərginin təşkilatçısı “Şəms” Qadın Birliyinin sədri Hacı Şəfəq Abdullayevanın ANS PRESS-ə verdiyi məlumata görə, noyabrın 9-da açılışı olacaq sərgidə nümayiş olunan müqqəddəs kitablar qədim tarixə malikdir. Belə ki, sərgidə 300-ə qədər Quran, təfsir və əlyazmalar nümayiş olunacaq. Sərgidə iki açıq səhifə şəklində nümayiş olunan müqəddəs kitabın maketi isə əsl xəttatlıq nümunəsini xatırladır.

“Sərgidə nümayiş olunacaq ən qədim Quran kitabının 600 il yaşı var. Kitab Osmanlı çap üsulu ilə yazılıb. Kitabın üzü çürüsə də vərəqlərinə zədə dəyməyib. Alimlərin fikrincə, bu kağızın tərkibinə gümüş qatıldığı üçün vərəqlərinə xətər dəyməyib. Bundan başqa, yaşı 200, 250, 300 ilə çatan kitablar da var. Müharibə zamanı Şuşada Gövhərağa məscidindən götürdüyüm kitablar da buradadır. Burada Şeyx Hüseynə məxsus, həmçinin Naxçıvanda Kəngərlilər sülaləsinə məxsus müqəddəs kitab da nümayiş etdirilir. Buna “Qızılı Quran” deyirlər. Çünki yazıları qızılı su ilə yazılıb”, - deyə Hacı Şəfəq xanım vurğuladı.

Bir aya yaxın davam edəcək sərgidə müxtəlif həcmli kitablar nümayiş etdiriləcək. Maraqlı məqamlardan biri də odur ki, bir neçə il öncə Cəlilabad rayonunda ikimərtəbəli yaşayış evi tamamilə yanıb kül olsa da, təkcə Quran kitablarına ziyan dəyməyib. Sərgidə Aşqabad zəlzələsindən, seldən, yanğından xilas edilmiş, vaxtilə Şuşa qalasından, Bərdədən, Qarabağdan və digər bölgələrdə evlərin divarlarında hörülmüş, quyularda basdırılmıpş kitab nüsxələri nümayiş etdiriləcək. Sərgi üçün ən nadir nümunələrdən olan papirus üzərində yazılan Quran da gətirilib. Sərgidə İmam Rzaya məxsus əlyazmanın nüsxəsi, 8 guşəli və yumru cib Quranları da nümayiş etdiriləcək. Burada ən kiçik və ən böyük həcmdə Quranları görmək mümkün olacaq.

Qeyd edək ki, hazırda sərgiyə hazırlıq işləri gedir.

Kateqoriya: Din ve Muzakireler | Baxılıb: 493 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016