Bakı Novruz bayramına hazırlaşır - 17 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 17 » Bakı Novruz bayramına hazırlaşır
Bakı Novruz bayramına hazırlaşır
21:29

Paytaxt Bakıda Novruz bayramına hazırlıq artıq başlayıb.

Əsas bayram şənliyi Milli Parkın ərazisində təşkil olunacaq. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, tədbir Qız Qalasının yanından başlayaraq saat qülləsinə qədər bir neçə müxtəlif ərazilərdə təşkil ediləcək. Şənliklər Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

"Şənliklər bulvar ərazisində təşkil olunduğundan Bulvar İdarəsi də tədbirlərin keçirilməsində yaxından iştirak edir”, - deyə Nazim Məcidov vurğuladı.

Doğrudan da, Dənizkənarı Milli Park ərazisində və İçəri Şəhərdə bayramla əlaqədar hazırlıq işləri gedir. Bayram şənliklərinin keçiriləcəyi yerlərdən biri də Milli Park ərazisində artıq sökülmüş “Dinamo” İdman Cəmiyyətinə məxsus idman kompleksinin yerində hazırlanmış xüsusi səhnədir.

Vətəndaşların marağına səbəb olan amillərdən biri də Azneft meydanında quraşdırılan armudu stəkan və nəlbəkidir. Bundan başqa, işıq dirəklərinə və Milli Park ərazisində çox sayda baharın rəmzi sayılan çobanyastığı formasında işıq konstruksiyaları quraşdırılıb.

Bayramla əlaqədar yolların kənarında abadlıq işləri aparılır. Şənlik üçün ərazilər alabəzək lentlərlə bəzədilir. Novruz atributları, yumurta, səməni və s. ilə bəzədilir. Qız Qalasının yanında 19, 20 və 21 martda təşkil olunacaq şənliklərə hazırlıq gözülür. Aşıqlar, meyxanaçılar və başqa incəsənət nümayəndələri məşqlər keçirir. Şənlikdə Novruzun atributları sayılan kosa və keçəl də insanları əyləndirir. Hazırlıq işlərinə nəzarət etmək üçün mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də təşrif buyurmuşdu.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şənlik tədbirlərində Azərbaycanın bütün bölgələrindən nümayəndələr iştirak edəcək. Şənliklərdə adət-ənənələr, Azərbaycan mətbəxinin min cür ləziz təamları nümayiş etdiriləcək. Bayram günlərində paytaxtın müxtəlif ərazilərində konsert proqramları planlaşdırılır. Şənlik mərasimlərində aşıqlar, meyxana ustaları, digər mədəniyyət-incəsənət nümayəndələri iştirak edəcək. Həmçinin tədbirlərdə xarici ölkələrdən nümayəndələrin də iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, artıq Qız Qalasının yanında Novruz bayramı münasibətilə xoruz döyüşü təşkil edilmişdi. Bakının müxtəlif kəndlərindən, əsasən də Binəqədi rayonundan gətirilən döyüşkən xoruzlar öz məharətlərini göstərirdi. Şirəli Allahyarov adlı xoruz döyüşdürəndən öyrəndik ki, döyüşkən xoruzların öz növləri olur. Bu xoruzlar həm görünüşcə, həm də xüsusiyyətcə adilərdən fərqlənir. Məsələn, 1 yaş, 6 aylıq olan Qızılquş adlı xoruz növü istənilən xoruzla sona qədər mübarizə apara bilər. Şirəli Allahyarovun sözlərinə görə, bu xoruzlar çox vaxt meydanda qalib gəlir. Lakin heç zaman qaçmağı xoşlamırlar. Bu xoruzların savaşı adətən ölümlə də nəticələnir. Deyilənləri sübut etmək üçün Qızılquş Əfqan adlı xoruzla döyüşdürüldü. Qısa döyüşdə Qızılquş doğrudan da öz bacarığını sübut etdi.

Maraqlı məqamlardan biri də milli geyimdə olan xanımlar idi. Milli geyimli xanımlar bir daha dünyanın ən gözəl xanımlarının Azərbaycan qadınları olduğunu sübut edirdi. Bunu İngiltərədən qonaq gələn, özü də Azərbaycanın milli geyimində olan Coanna adlı xanım da təsdiq etdi.

“Bilirsiniz, bütün dövlətlərin xüsusi geyimləri olur. Mən Qafqaz ölkələrinin çoxunda olmuşan. Bu geyimlər bir-birindən fərqlənir. Amma mənim ən çox Azərbaycan xanımlarının milli geyimləri xoşuma gəldi. Bunun üçün də mən belə geyindim. Düşünürəm ki, bu mənə yaraşır”, - deyə Coanna qeyd etdi.

Kateqoriya: Muxtelif | Baxılıb: 430 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016