Başlıq » 2011 » Mart » 19 » Bəzi rayonlarda 9-cu siniflər üçün keçirilən yoxlama imtahanlarının nəticələri martın 19-da açıqlanacaq
Bəzi rayonlarda 9-cu siniflər üçün keçirilən yoxlama imtahanlarının nəticələri martın 19-da açıqlanacaq
09:47
Təhsil Nazirliyi martın 13-də Gəncə, Mingəçevir və Naftalan şəhərlərində, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 11-ci siniflər üçün keçirdiyi sınaq imtahanın nəticələrini açıqlayıb.
Nazirliyin şagirdlərin nailiyyətlərini qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva APA-ya bildirib ki, imtahanın nəticələri http://exam.edu.gov.az/ saytına yerləşdirilib. Şagirdlər bu internet səhifəsində öz kodlarını daxil etməklə nəticələr barədə məlumat əldə edə bilərlər.
Qeyd edilən rayonlarda 9-cu siniflər üçün martın 13-də keçirilmiş imtahanın nəticələri isə sabah açıqlanacaq. Bu nəticələr də internetdə yerləşdiriləcək.
T. Hacıyevanın sözlərinə görə, hələ imtahanların nəticələrini ictimaiyyətə açıqlamağa ehtiyac durmurlar. Aprelin 17-də respublika üzrə bütün sınaq imtahanları bitdikdən sonra nəticələr barədə geniş məlumat veriləcək.