Azercell manat hesablaşma sisteminə keçir - 30 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 30 » Azercell manat hesablaşma sisteminə keçir
Azercell manat hesablaşma sisteminə keçir
12:07

Azercell Telekom MMC danışıq haqqının hesablanmasında yeni sistemə keçir.

Artıq SimSim abonentlərin danışıqları konturla deyil, manatla hesablanacaq. Qeyd edək ki, Azercell 1998-ci ildə dünyada əvvəlcədən ödəmə və danışıqların konturlarla ölçülməsini tətbiq edən ilk şirkətlərdən olub. Bu sistemin tətbiqi həmin dövrdə zamanın tələbi idi.

Bu gün SimSim abonentləri üçün kontur əvəzinə manat hesablama sisteminə keçid də bir zaman tələbidir. Yeni ödəmə sisteminə keçidin əsas məqsədi milyonlarla abonentin danışıq vaxtı ilə bağlı daha çox məlumat alması və müqayisələr aparmasıdır. Azercell əminliklə bəyan edir ki, yeni sistem abonentlərin cari danışıq vaxtını idarə etməsinə və ona nəzərat etməkdə yardımçı olacaq.

Yeni sistemin tətbiqi Azercell üçün elə də asan proses olmayıb. Çünki ödəmə sisteminin dəyişdirilməsi, tamamilə yeni əsaslı hesablaşmalara keçid texniki baxımdan mürəkkəb və vaxt aparan prosesdir. Lakin Azercell kollektivi gərgin iş, dəqiq hesablamalar və dəfələrlə aparılan sınaqlar nəticəsində texniki hazırlıqları qısa müddətdə başa çatdıra bilib.

Azercell Telekom MMC-nin prezidenti Ali Ağan yeni hesablama sistemi tətbiqinin Azercell üçün böyük önəm daşıdığını vurğulayıb: “Abonentlərimizin istək və rahatlığını nəzərə alaraq, kontur əsaslı hesablaşmadan manat əsaslı hesablaşmalara keçid etməyi qərara aldıq. Gərgin çalışmalardan sonra bu sistemin tətbiqinə nail olduq. Ümid edirik ki, yeni ödəmə sistemi abonentlərimiz üçün həm rahat, həm də faydalı olacaq”.

Mayın 1-dən etibarən fakturalı və fakturasız xətt abonentlərimiz yeni “Bizimkilər” və “Hər Yerə” tarif paketləri arasında seçim edə biləcəklər. Üstünlüklərdən biri odur ki, fakturalı abonentlər üçün bu tariflərdə abunə haqqı yoxdur.

Gənclərə yönəlmiş və yenilənmiş “GəncSim” tarifi SimSim abonentləri üçün xidmət göstərəcək. Fakturalı xətt abonentləri arasında böyük sayda iş adamlarının olmasını nəzərə alaraq, onlar üçün xüsusi yeni “Biznes200” tarifi təklif edirik: bu tarifdə 10 manat aylıq abunə haqqı müqabilində hər ay şəbəkədaxili 200 dəqiqə və 200 SMS hədiyyə verilir . “Dövlətcell” və “Mediacell” tarifləri də indi daha sərfəli olublar.

Fakturasız Xətt (SimSim) tarifləri (ƏDV daxildir)
“Bizimkilər” tarifi - Azercell-lilərlə danışmağın ən sərfləi tarif!
“Hər Yerə” tarifi - ölkə daxilində hər istiqamətə bir qiymət!
“GəncSim” tarifi - Azercell-lilərlə 3-cü dəqiqədən sonra PULSUZ danışın! Üstəlik, saat 00:00-dan 08:00-dək və həftəsonu edilən zənglərə 50% endirim!

Tarifin adı Şəbəkədaxili (1 dəq.) Şəbəkəxarici (1 dəq.)
“Bizimkilər” 7 qəp. 14 qəp.
“Hər Yerə” 10 qəp. 10 qəp.
“GəncSim” 10 qəp. 14 qəp.

Tariflər 1 SMS 1 MMS 1 MB İnternet
“Bizimkilər”
“Hər Yerə” 5 qəp. 10 qəp. 71 qəp.
“GəncSim” 3 qəp. 8 qəp. 35 qəp.

Fakturalı Xətt tarifləri (ƏDV daxildir)
“Bizimkilər” tarifi - Azercell-lilərlə danışmağın ən sərfləi tarif!
“Hər Yerə” tarifi - ölkə daxilində hər istiqamətə bir qiymət!
“Biznes200” tarifi - şəbəkədaxili aylıq 200 dəqiqə və 200 SMS HƏDİYYƏ alırsınız!

Tarifin adı Şəbəkədaxili (1 dəq.) Şəbəkəxarici (1 dəq.) Abunə haqqı
“Bizimkilər” 7 qəp. 14 qəp. ---
“Hər Yerə” 10 qəp. 10 qəp. ---
“Biznes200” 7 qəp. 12 qəp. 10 manat

1 SMS 1 MMS 1 MB İnternet
5 qəp. 10 qəp. 71 qəp.

“ƏZİZLƏRİM” kampaniyası
Kampaniya Şəbəkədaxili
(3 nömrə) Şəbəkəxarici
(1 nömrə) Beynəlxalq
(1 nömrə)
Əzizlərim 1 dəq. = 4 qəp. 1 dəq. = 8 qəp. 1 dəq. = 24 qəp.
Seçdiyiniz 3 Azercell nömrəsinə göndərilən SMS və MMS-lərə 50% ENDİRİM!

Azercell Telekom MMC Mətbuat Xidməti

Kateqoriya: Muxtelif | Baxılıb: 442 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016