“Azərreyl” ikinci dəfə Avropa kuboku qazandı - 2 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 2 » “Azərreyl” ikinci dəfə Avropa kuboku qazandı
“Azərreyl” ikinci dəfə Avropa kuboku qazandı
20:36

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş görüşü Azərbaycan prezidenti İlham Əliyev də xanımı Mehriban Əliyeva ilə birgə izləyib.

Voleybolçu qadınlardan ibarət “Azərreyl” klubu tarixində ikinci dəfə Avropa kubokunun qalibi olub.

Komandamız əvvəlki adı “Top Komandalar” Kuboku olan “Çağırış Kuboku”nu qazanıb.

Baş məşqçi Vüqar Əliyevin komandası finalda Azərbaycanın digər təmsilçisi “Lokomotiv”ə hər iki görüşdə qalib gəlib. “Azərreyl” martın 29-da keçirilmiş ilk qarşılaşmada olduğu kimi, yenə 3:1 hesablı qələbə əldə edib. İlk set gərgin mübarizə şəraitində keçib. Normal hesab həddini aşan seti “Azərreyl” qazanıb – 30:28. İkinci setdə “Lokomotiv” 25:22 hesablı üstünlüklə bərabərliyə nail olsa da, sonrakı setlərdə böyük fərqlə uduzub – 13:25, 17:25.

Bununla da “Azərreyl” 9 illik fasilədən sonra “Çağırış Kuboku”na sahib çıxıb.

Qeyd edək ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilmiş görüşü Azərbaycan prezidenti İlham Əliyev də xanımı Mehriban Əliyeva ilə birgə izləyib. O, oyundan sonra gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Voleybol Federasiyasının prezidenti, nəqliyyat naziri Ziya Məmmədovun müşayiəti ilə hər iki komanda üzvləri ilə görüşüb. Prezident İlham Əliyev görüşün ən yaxşı oyunçusu seçilmiş Valeriya Korotenkonu təbrik etdikdən sonra “Azərreyl”ə “Çağırış Kuboku”nu təqdim edib. Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Banu Can Şurmann isə onu Azərbaycanda voleybolun inkişafına göstərdiyi diqqətə görə xüsusi kubokla mükafatlandırıb.

Lent.az

Kateqoriya: Idman | Baxılıb: 309 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016