Azərbaycanda yeni dərs ili başlayıb - 19 Сентября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Sentyabr » 19 » Azərbaycanda yeni dərs ili başlayıb
Azərbaycanda yeni dərs ili başlayıb
19:08

2010-2011-ci tədris ilində 4546 ümumtəhsil məktəbində 1 milyon 359 min 900 şagird təhsil alacaq.

Azərbaycanda yeni dərs ili başlayıb. Təhsil Nazirliyinin məlumatına görə, 2010-2011-ci tədris ilində ölkəmizin 4546 ümumtəhsil məktəbində 1 milyon 359 min 900 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 169498 müəllim məşğul olacaq.

Yeni dərs ilində I sinif şagirdlərinin sayının 120 min 844 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2009-2010-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 118 min 581 şagird qəbul olunub.

Növbəti tədris ilində 36 dövlət ali təhsil müəssisində 116 min 930, 15 özəl ali məktəbdə isə 19430 tələbə təhsil alacaq. Onu da qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12 min 800, qeyri-dövlət ali məktəblərində isə 2090 müəllim çalışır.

Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün ayrılmış 8 milyon manat vəsait hesabına 2010-2011-ci tədris ilinə 127 adda 4 milyon 641 min 700 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib. Bu sıraya yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda 1 milyon 88 min 250 nüsxə dərslik və müəllim üçün metodik vəsait, I, VI və VIII-XI siniflər üçün isə 70 adda 3 milyon 417 min 800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait, xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi şriftlərlə və brayl əlifbası ilə hazırlanmış dərsliklər daxildir.

Onu da qeyd edək ki, 2010-cu ildə I siniflər üçün “Azərbaycan dili” dərslik komplekti (təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün), II siniflər üçün “Ərəb dili”, “Alman dili” və “Fransız dili”, III siniflər üçün bütün dərslik komplektləri, VIII siniflər üçün “Rəsmxət”, IX siniflər üçün “Coğrafiya” və “Azərbaycan Respublikasının Konstitusiyası”, XI siniflər üçün “İnformatika”, II sinif üçün “Udi dili” dərslikləri yeni hazırlanıb və çap olunub.

Kateqoriya: Tehsil | Baxılıb: 435 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Sentyabr 2010  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016