Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub - 5 Октября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Oktyabr » 5 » Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub
Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub
09:48

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 4-də Bakının Xətai rayonunda yəhudi uşaqlar üçün 450 yerlik “Xabad-Or-Avner” təhsil mərkəzinin açılış mərasimdə iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılmış şəraitlə tanış olub.

Prezidentə məlumat verilib ki, mərkəzin tikintisi üçün 1,5 hektar torpaq sahəsi ayrılıb. Mərkəzin 30 siniflik tədris korpusu var. Mərkəzdə yeməkxana, idman salonu, meydança, fənn kabinetləri, kompyuter otaqları müasir avadanlıqla tam təchiz edilib. Burada yəhudi tarixi və mədəniyyəti mərkəzi, kitabxana təşkil edilib, kompleksin həm təhsil, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.

MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev Azərbaycanda yəhudilərə göstərilən diqqət və qayğıdan danışıb, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğulayıb.

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Azərbaycanda tolerantlığın və konfessiyalararası dialoqun inkişafındakı xidmətlərinə görə mükafat təqdim olunub.

Kateqoriya: Tehsil | Baxılıb: 379 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016