Azərbaycanda təhsil alan əcnəbi tələbələrə milli adət-ənənələrimizin tanıdılması ilə bağlı yeni layihə həyata keçirilir - 30 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 30 » Azərbaycanda təhsil alan əcnəbi tələbələrə milli adət-ənənələrimizin tanıdılması ilə bağlı yeni layihə həyata keçirilir
Azərbaycanda təhsil alan əcnəbi tələbələrə milli adət-ənənələrimizin tanıdılması ilə bağlı yeni layihə həyata keçirilir
10:11

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti” ictimai birliyi Azərbaycanda təhsil alan əcnəbi tələbələrə Azərbaycanın milli adət-ənənələrinin tanıdılması ilə bağlı yeni layihənin həyata keçirilməsinə başlayacaq.

APA-nın məlumatına görə, “Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti” ictimai birliyinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı çərçivəsində Şuraya təqdim etdiyi “Azərbaycanda təhsil alan əcnəbi tələbələrə Azərbaycanın milli adət-ənənələrinin tanıdılması” layihəsi 2010-cu ilin dekabr ayında elan edilən müsabiqədə qalib gəlib. Layihədə 60 əcnəbi tələbə iştirak edəcək və layihə iki mərhələdən ibarət olacaq. Layihənin birinci mərhələsində Azərbaycan tarixi və Qarabağın işğalı haqqında layihə iştirakçılarına ətraflı məlumat veriləcək. İkinci mühazirədə Azərbaycan xalqının mədəniyyəti, milli adət-ənənələri və işğal olunmuş ərazilərdəki abidələrimiz haqqında geniş məlumat veriləcək.

Layihənin davamı olaraq tələbələr Quba şəhərindəki soyqırımı məzarlığını və Qubanın tarixi yerlərini ziyarət edəcəklər. Layihə 3 ay müddətində davam edəcək. Layihənin sonunda tələbələr arasında Azərbaycan haqqında təəssüratları haqqında sorğu keçiriləcək. Tələbələrə Azərbaycanın tarixini və mədəniyyətini nümayiş etdirən bukletlər və kitabçalar təqdim ediləcək

Kateqoriya: Tehsil | Baxılıb: 315 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016