Azərbaycanda ilk dəfə məktəblilər arasında siqaretçəkmənin vəziyyətinin araşdırılmasına başlanılır - 30 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 30 » Azərbaycanda ilk dəfə məktəblilər arasında siqaretçəkmənin vəziyyətinin araşdırılmasına başlanılır
Azərbaycanda ilk dəfə məktəblilər arasında siqaretçəkmənin vəziyyətinin araşdırılmasına başlanılır
18:04

Azərbaycanda məktəblilər arasında tütündən istifadənin vəziyyətinin araşdırılmasına başlanılır.

Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirib.

"Azərbaycanda ilk dəfə keçiriləcək tədqiqat 13-15 yaşlı məktəbliləri əhatə edəcək", - Musayev bildirib. Onun sözlərinə görə, hazırda monitorinqin başlanması üçün hazırlıq işləri görülür.

Tədqiqatların bu ilin iyun ayının sonuna kimi yekunlaşması gözlənilir.

"Təhsil Nazirliyi ilə sorğu keçiriləcək məktəblərin siyahısı təsdiqlənir. Sorğular Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartları əsasında vahid metodologiya üzrə aparılacaq", - mərkəzin şöbə müdiri bildirib.

Onun sözlərinə görə, sorğu anketlərində tütündən istifadənin yayılma dərəcəsi, tütündən istifadədə media və elanların rolu, passiv siqaretçəkməyə başlamanın necə baş verməsi barədə məlumat və siqaretçəkmə ilə bağlı digər suallar var.

Musayev bildirib ki, ÜST-nin tütündən istifadənin vəziyyətinin öyrənilməsi ilə bağlı standartlarına uyğun olarq, dünya ölkələrində 4 növ monitorinq keçirilir. "Azərbaycanda da vaxtaşırı digər monitorinqlər aparılacaq. Çünki tütünlə mübarizə sahəsində ölkədə hansısa qanun qəbul olunsa belə, qanunun həyata keçirilməsini izləmək üçün mütəmadi olaraq bu kimi monitorinqlər aparılmalıdır", - Musayev deyib.

Azərbaycanda "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsi hazırlanır.

Azərbaycan 2005-ci ildə Tütün İstehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. 2030-cu ilə qədər isə ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır.

Kateqoriya: Tehsil | Baxılıb: 335 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016