Azərbaycan yığmasından növbəti məğlubiyyət - 30 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 30 » Azərbaycan yığmasından növbəti məğlubiyyət
Azərbaycan yığmasından növbəti məğlubiyyət
11:34

Futbol üzrə Azərbaycan milli komandası 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Futbol üzrə Azərbaycan milli komandası 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

A qrupunda yer alan millimiz Belçika yığmasının qonağı olub.

Brüssel şəhərindəki “Rua Boduen” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1. Hesabı 12-ci dəqiqədə cərimə zərbəsindən Yan Vertongen açıb. Bundan 5 dəqiqə sonra Ruslan Abışov künc zərbəsindən oyuna daxil edilən topu başla tora qovuşdurub.

Lakin yığmamız heç-heçə hesabını qoruya bilməyib. 32-ci dəqiqədə müdafiəçi Rail Məlikovun əllə oyunundan sonra isveçli baş hakim Daniel Stalhammer millimizin qapısına penalti təyin edib. Timmi Simonsun zərbəsi Kamran Ağayev üçün əlçatmaz olub. İlk yarıya əlavə olunmuş 1-ci dəqiqədə Naser Şadlı hesabı artırıb. Oyunda son nöqtəni isə 74-cü dəqiqədə Yelle Vossen qoyub. Hesabın daha biabırçı həddə çatmasına məhz qapıçı imkan verməyib. Qapısından 4 top buraxmasına baxmayaraq, Ağayev rəqib futbolçuların qüvvətli zərbələrini dəfələrlə dəf edib.

Bununla da millimiz cari seçmə tsikldə üçüncü səfər matçında da darmadağın olub. Komandamız daha öncə Almaniyaya 1:6, Avstriyaya 0:3 hesabı ilə uduzub. Yığmamız yeganə qələbəsini ötən il Bakıda Türkiyə üzərində qazanıb – 1:0.

Qeyd edək ki, bu məğlubiyyət Azərbaycan yığmasının qrupdakı mövqeyinə təsir etməyib. 4 turdan sonra baş məşqçi Berti Foqtsun komandası 3 xalla 5-ci pillədə yer alıb. Millimiz növbəti oyununu iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.

Lent.az

Kateqoriya: Idman | Baxılıb: 562 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016