Azərbaycan Təhsil Nazirliyi “qeyri-kafi” qiymət alan şagirdlərin təkrar buraxılış imtahanlarında iştirak qaydalarını açıqlayıb - 18 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 18 » Azərbaycan Təhsil Nazirliyi “qeyri-kafi” qiymət alan şagirdlərin təkrar buraxılış imtahanlarında iştirak qaydalarını açıqlayıb
Azərbaycan Təhsil Nazirliyi “qeyri-kafi” qiymət alan şagirdlərin təkrar buraxılış imtahanlarında iştirak qaydalarını açıqlayıb
17:07

Təhsil Nazirliyi “qeyri-kafi” qiymət alan şagirdlərin təkrar buraxılış imtahanlarında iştirak etmə qaydalarını açıqlayıb

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu qaydalara əsasən, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət almış şagirdlər növbəti dərs ilində qeyri-kafi qiymət aldıqları fəndən (fənlərdən) təkrar buraxılış imtahanı verirlər.

Şagird təkrar buraxılış imtahanında üzrsüz səbəbdən iştirak etmədikdə və ya yenə də “qeyri-kafi” qiymət aldıqda, növbəti dərs ilindən başlayaraq ekstern qaydasında bütün fənlərdən buraxılış imtahanı verir. Ekstern qaydasında buraxılış imtahanı vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edir və mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilməyən fənlər üzrə ilkin mərhələ imtahanlarını verirlər. Həmin şagirdlərin imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər (ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə) rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşayiət edici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.

Əvvəlki dərs ilində buraxılış imtahanı keçirilməyən bir və ya bir neçə fəndən “qeyri-kafi” qiymət aldığı üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılmayan şagirdlər də hər il aprelin 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edir və rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən müəyyən olunmuş məktəbdə “qeyri-kafi” qiymət aldıqları fəndən (fənlərdən) mərkəzləşdirilmiş qaydada ilkin mərhələ imtahanları verirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşayiət edici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.

Əvvəlki dərs ilində biliyi qiymətləndirilmədiyi üçün orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılmayan, habelə müxtəlif səbəblərdən ümumi və ya tam orta təhsil səviyyəsini vaxtında başa vura bilməyən və buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq istəyən şəxslər də ekstern yolu ilə imtahanlara buraxılırlar. Ekstern qaydasında buraxılış imtahanı vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edir və mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları verilməyən fənlər üzrə ilkin mərhələ imtahanlarını verirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşayiət edici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir. .

Kateqoriya: Tehsil | Baxılıb: 558 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016