Azərbaycan ilk qələbəsini Türkiyə üzərində qazandı...1:0 - 12 Октября 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Oktyabr » 12 » Azərbaycan ilk qələbəsini Türkiyə üzərində qazandı...1:0
Azərbaycan ilk qələbəsini Türkiyə üzərində qazandı...1:0
00:10

Futbol üzrə milli komandamız tarixi qələbə qazandı

Azərbaycan milli komandası Avro-2012-nin seçmə mərhələsində ilk ev oyununa çıxıb.Yığmamız Tofiq Bəhramov adına Respublika stadionunda Türkiyə millisini qəbul edib.

Berti Foqtsun baş məşqçisi olduğu yığmamız ilk qələbəsini Türkiyə ilə görüşdə qazanıb. Bir aydır müqavilə imzaladığı “Əskişəhərspor”da dübüt etməyən Rəşad Sadıqov yığmamızın kapitanı və əsl lideri olduğunu sübut edib. Türkiyəlilərə ikinci dəfə qol vurmaqla bu dəfə yığmamıza qələbə qazandıran 28 yaşlı müdafiəçi öz səviyyəsini qonşu ölkəyə də sübut edib.

Qarşılaşmanın 39-cü dəqiqəsində Mahir Şükürovun küncdən ötürməsini Rəşad Sadıqov klassik Azərbaycan gedişi (ev tapşırığı) ilə qola çevirib. Volkan Dəmirəlin çərçivəsindən keçən qol bu qarşılaşmada yeganə qol olub. Oyun milli komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qardaş ölkə komandaları tarixlərində 6-cı dəfə görüşüblər. “Ay-ulduzlular”a əvvəlki rəsmi oyunların hər ikisində uduzan yığmamız qalan üç yoldaşlıq görüşünün yalnız birində meydanı məğlub tərk etməyib. 2006-cı ilin aprelin 12-də Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən həmin görüş türklərə yenilmədiyimiz, qol vurduğumuz yeganə oyun idi.

Yığmamız bu qələbə ilə Azərbaycandan 3 xalı rahat alacaqlarından əmin olan Türkiyəyə, xüsusən guya özlərini böyük futbolçu sayan Sergen Yalçın, Hakan Şükür və s. özlərini futbol başbiləni hesab edənlərə cavabını vermiş oldu.Millilizi həddən artıq zəif hesab edən, bizim futbol anlayışımızın olmadığını bəyan edən, hətta bizim haqqımızda alçaldıcı ifəadlərə yer verən belə adamlara təəssüf ki, bizim bəzi azarkeşlər də heyranlıq hissi duyur.Oyunöncəsi və oyunsonrası Türkiyə mətbuatında və efir məkanında qardaşlığa yaraşmayan söhbətlər, müzakirələr gedirdi.Müxtəlif verilişlərdə Azərbaycanın həddən artıq aşağı səviyyədə olmasını,hətta ölkəmizi istirahət üçün, gəzmək üçün bir-iki gündən artıq qalmaq istənməyən bir ölkə adlandırırlar.Deməli, Türkiyə yığmamıza məğlub olmağı özlərinə yaraşdırmır.Biz Türkiyə-Ermənistan matçında üçrəngli bayrağımızın ayaqlar altına atılmasını hələ unutmamışıq əziz qardaşlarımız!

Biz isə onları sevməyə davam edək.

Kateqoriya: Idman | Baxılıb: 489 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016