Azərbaycan 56-cı “Eurovision” yarışmasında 43 ölkə arasında qələbə qazandı - 15 Мая 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » May » 15 » Azərbaycan 56-cı “Eurovision” yarışmasında 43 ölkə arasında qələbə qazandı
Azərbaycan 56-cı “Eurovision” yarışmasında 43 ölkə arasında qələbə qazandı
10:59

Azərbaycan “Eurovision-2011”-in qalibi oldu.Gələn il nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək

Bu gün Almaniyanın Düsseldorf “Espit Arena”sında 56-cı “Eurovision” yarışmasının final mərhələsi keçirilib.

APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, 25 ölkənin birincilik uğrunda mübarizə apardığı möhtəşəm finalda Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal 43 ölkə arasıdna birincilik qazanıb. MÜsabqiəni Azərbaycan 221 balla qalib gəlib. Müsabiqənin ikincisi İtaliya, üçüncüsü İsveç olub.

Müsabiqədə Böyük Britaniyanı məşhur “Blue” qrupu ”İ can” mahnısı ilə təmsil edib. Final konsertini 24 min tamaşaçı canlı, 125 milyon tamaşaçı isə televiziya ekranından izləyib. Hər il olduğu kimi bu ildə hər ölkə təmsilçisinə öz şousunu nümayiş etdirmək üçün 3 dəqiqə zaman ayrılıb. Almaniyanın ev sahibliyi etdiyi bu yarışmanın final konserti mükəmməl şəkildə hazırlanıb. Almaniyada bu yarışmanı müsabiqənin rəsmi yayımçısı “NDR” kanalı həyata keçirib. Final günü Avropa tamaşaçıları ilk olaraq “Eurovision-2011” müsabiqəsinin aparıcılarının ifalarını eşidiblər. Onlarla birgə səhnəyə isə ötən il müsabiqədə birincilik qazanan və bu ildə ölkəsini bu mötəbər müsabiqədə təmsil edən Lena Mayer çıxıb. O, ötən il Almaniyaya qələbə gətirən “Satellite” mahnısını tam yeni formada Avropa ictimaiyyətinə təqdim edib. Bir çox maraqlı məqamların da yer aldığı final gecəsinin möhtəşəm açılışından sonra son mərhələdə yarışmaq hüququ qazanan 25 ölkə öz şoularını tamaşaçılara nümayiş etdiriblər. Builki müsabiqə “Ürək döyüntüsünü hiss et” şüarı altında keçirilib. Hər il olduğu kimi bu ildə gecənin sonunda ümumi səslərin açıqlanması üçün 43 təmsilçi ölkəyə canlı bağlantı olub. Səslərin açıqlamasına isə “Eurovision” müsabiqəsinin yeni icraçı direktoru Jon Ola Sand start verib. Azərbaycan adından hansı ölkəyə neçə bal verildiyini ötən ilki müsabiqə təmsilçimiz Səfurə Əlizadə Azərbaycan adından Avropa ictimaiyyətini salamlayıb. Azərbaycan təmsilçilərinə Rusiya 12 bal, Niderland 6, Kipr 8, Ukrayna 10, Finlandiya 5, İslandiya 8, Slovakiya 7, Avstriya 8, Polşa 8, İsveç 3, San-Marino 10, Türkiyə 12, İsveçrə 1, Yunanıstan 5, Gürcüstan 8, Fransa 6, Xorvatiya 10, Belarus 6, Belarus 12 balı, Rumıniya 10, Albaniya 8 bal, Malta 12 balı Azərbaycana, İtaliya 8, Macarıstan 7, Litva 8, Bosniya və Hersoqovina 8, İsrail 4, Estoniya 8, Moldova 10, Belçika 3, Latviya 2 bal verib.
Bolqarıstan 12 balı Böyük Britaniyaya, Niderland 12 balını Danimarkaya, İtaliya 12 bal Rumıniyaya, Kip 12 balı Yunanıstana, Ukrayna 12 balı Gürcüstana, Finlandiya 12 balını Macarıstan, Norveç 12 balı Finlandiyaya, Ermənistan 12 balı Ukraynaya, Makedoniya 12 balı Bosniya və Hersoqovina, İslandiya 12 balı Danimarkaya, Slovekiya 12 balı Ukraynaya, Böyük Britaniya 12 balı İrlandiyaya, Danirmaka 12 balı İrlandiya, Avstriya 12 balı Bosniya və Hersoqovina, Polşa 12 balı Litvaya, İsveç 12 balını İrlandiyaya, San-Marino 12 balı İtaliyaya, Almaniya 12 balını Avstriyaya, Azərbaycan 12 balı Ukraynaya, Sloveniya 12 balını Bosniya və Hersoqovina, Türkiyə 12 balını Azərbaycana, İsveçrə 12 balı Bosniya və Hersoqovina, Yunanıstan 12 balı Fransaya, Gürcüstan 12 balı Litvaya, Fransa 12 balı İspaniya, Serbiya 12 balı Bosniya və Hersoqovinaya, Xorvatiya 12 balı Sloveniyaya, Belarus 12 balı Gürcüstan, Rumıniya 12 balı Moldovaya, Albaniya 12 balı İtaliyaya, Malta 12 balı Azərbaycana, İtaliya 12 bal İspaniyaya, Macarıstan 12 balı İslandiyaya, Litva 12 balı Gürcüstana, Bosniya və Hersoqovina 12 bal Yunanıstana, İrlaniya 12 balı Danimarkaya, İspaniya 12 bal İtaliyaya, İsrail 12 bal İsveçə, Estoniya 12 bal İsveç, Belçika 12 balı Fransaya, Latviya 12 balı

Azərbaycan 4 bal Rusiyaya, 8 bal Yunanıstana, 10 bal Gürcüstana, 12 bal Ukraynaya verib.

Azərbaycanla yanaşı, bir neçə ölkənin də səslərini “Eurovision”dan tanıdığımız sənətçilər ölkələrinin iştirakçılara göndərdiyi xalları elan edib. Rusiyadan “Eurovision-2008”-in qalibi Dima Bilan, Ukraynadan “Eurovision-2004”-ün qalibi Ruslana, Hollanidyadan “Eurovision-1986”-cı ildə iştirakçısı Mendi Huydts, Gürcüstandan “Eurovision-2010”un iştirakçısı Sofiya Nijaradze, Moldovadan “Eurovision-2008”-ci ilin iştirakçısı Djeta Burlaku və İtaliyanın super ulduzu Rafaqla Karra ölkələrinin səsini Avropaya çatdırıblar.
Azərbaycandan isə ötən ilki “Eurovision-2010” Mahnı müsabiqəsinin təmsilçisi Səfurə Əlizadə Düsseldorfun monitoruna açıqlama verib.

Onu da bildirək ki, bir neçə ildir artıq “Eurovision” yarışmasının qalibi 50% münsiflər, 50% isə tamaşaçı səsverməsi nəticəsində seçilir.

Avropa musiqi aləminin ən nüfuzlu mahnı yarışması olan “Eurovision”un möhtəşəm final şousu 50-dən artıq ölkədə yayımlanıb.

Gələn il nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək

Bakı sakinləri “Eurovision 2011” müsabiqəsindəki möhtəşəm qələbəni qeyd edir.

Azərbaycanın “Eurovision 2011” müsabiqəsindəki qələbəsini qeyd etmək üçün yüzlərlə avtomobil karvanı Bakının mərkəzi küçələrində siqnal verərək Azadlıq meydanı istiqamətində hərəkət edir.

Azərbaycanın “Eurovision 2011” müsabiqəsindəki qələbəsi Bakı küçələrində canlanmaya səbəb olub. ANS PRESS-in məlumatına görə, Bakı sakinləri küçələrdə qələbəni qeyd edir. Yüzlərlə avtomobildən ibarət karvan Azərbaycan bayraqları ilə şəhəri dolaşır.

Eldar Qasımov və Nigar Camalın qələbəsini qeyd edən paytaxt sakinləri Azadlıq meydanına toplaşır.

Eldar və Nigar: “Qalib gələcəyimizə inanırdıq”
Azərbaycanın “Eurovision-2011”-in qalibi olan dueti Düsseldorfda mətbuat konfransı keçirib

“Eurovision-2011” mahnı müsbaqisinin qalibləri Eldar Qasımov və Nigar Camal mətbuat konfransı keçiriblər.

Mətbuat konfransının əvvəlində Eldar Qasımovun gözləri dolub. “Sevinirik. Dəstəyinizə görə minnətdarıq”, - Eldar bildirib. Onun sözlərinə görə, qalib gələcəklərinə əvvəlcədən inanıblar: “Çünki bizim böyük tamaşaçı kütləmiz, gözəl mahnımız var idi. Arzularım çin oldu”.

Nigar Camal da deyib ki, hamı onların qələbəsinə inanıb, onlara etimad göstərib: “Buna görə hamıya təşəkkür edirik. Bizə verdikləri dəstəyə görə bütün dünya azərbaycanlılarına minnətdarıq”.

“Biz dediyimizi etdik və qələbə ilə Azərbaycana qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Azərbaycanda hər birinizi görməkdən məmnun olacağıq və hər birinizi Azərbaycan dəvət edirik”.

APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri 56-cı “Eurovision” müsabiqəsinin qalibləri Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal qalibiyyətdən sonra “Esprit Arena”da keçirilən mətbuat konfransında bildiriblər.
Eldar Qasımov və Nigar Camal əllərində qalibiyyət mükafatı olan xrustal mikrofon ilə salona daxil olublar. Təmsilçilərimiz bütün Avropa mediası tərəfindən ajiotajla qarşılanıb və çoxsaylı suallarını cavablandırıblar: “Bu dəstəyə görə Azərbaycan xalqına çox böyük təşəkkür edirik. Bu dəstəyi bütünlüklə hiss etdik. Azərbaycan dörd illik təmsilçiliyi dövründə hər zaman yüksək pillələr qazanıb və birincilik bizim adımızla bağlıdır. Bu halda bizi çox sevindirir. İndi bilirik ki, Azərbaycanda çox böyük ajiotaj və sevinc var, şəhərimizdə nələrin baş verdiyini təsəvvür edirik”. Mətbuat konfransında Eldar və Nigar Avropa mediası qarşısında Müslim Maqomayevin ifası ilə bütün dünyaya səs salan “Ey, əziz anam Azərbaycan” mahnısını ifa ediblər.
Qalibiyyətdən sonra Türkiyə bayrağı ilə səhnəyə çıxan Azərbaycan təmsilçiləri, bu qalibiyyətin bütün türk dünyasına məxsus olduğunu deyiblər.
Hələ telefon vasitəsi ilə heç kiminlə qələbə sevincini bölüşmədiyini deyən Eldar Qasımov, bunu telefonunun yanında olmaması ilə əlaqələndirib: “Əgər telefon yanımda olsaydı ilk əvvəl anamı təbrik etmək istərdim. Mən buradan bütün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan! biz qalibiyyətlə qayıdırıq”.
Çoxsaylı sualları cavablandıran 56-cı “Eurovision” müsabiqənin qalibi Eldar Qasımov və Nigar Camal gələcək planlarından da danışıblar. Onlar bildiriblər ki, gələcək üçün həm duet, həm də solo ifaları olacaq: “Bizim üçün hər şey bu gündən başlayır. Bu möhtəşəm və təsəvvür edilməyəcək bir hissdir”.
Gələn il Azərbaycanı bu müsabiqədə kimin təmsil etməsi ilə bağlı suala isə Nigar Camal “mənim qızım təmsil edəcək” deyib.
Qeyd edək ki, Azərbaycan Almaniyanın Düsseldorf şəhərində baş tutan “Eurovision-2011” yarışmasının birincisi olub. 57-ci “Eurovision” yarışmasına Azərbaycan ev sahibliyi edəcək.

“Eurovision”un icraçı direktoru Jon Ola Sand Azərbaycana ev sahibliyini təsdiqləyən sənədi təqdim edib

Adil Kərimli: “Azərbaycan bu müsabiqəni ən yüksək səviyyədə təşkil edəcək”

Düsseldorf. Ülkər Qasımova – APA. “Azərbaycanı bu qalibiyyət münasibəti ilə təbrik edirəm. Azərbaycanının bu yarışmanı yüksək səviyyədə həyata keçirəcəyinə əminik”. APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri “Eurovision” müsabiqəsinin icraçı direktoru Jon Ola Sand deyib. İcraçı direktor Azərbaycana ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib. Jon Ola Sand Azərbaycana bu məsuliyyətli işdə uğurlar arzulayıb və bütün Azərbaycan xalqını qalibiyyət münasibəti ilə təbrik edib.
Adil Kərimli APA-ya açıqlamasında bu qələbə sevincini bölüşüb: “Bu qələbə sevinci inanılmaz bir hissdir. Hələ də bu sevincə inana bilmirik, bizə elə gəlir ki, başqasının sevincinə sevinirik. Bu bütün türk dünyasının qələbəsidir. Azərbaycan bu müsabiqəni ən yüksək səviyyədə təşkil edəcək. Müsabiqədə iştirakımız boyu dövlət başçımız cənab İlham Əliyev hər zaman bizə dəstək olub və buna görə dövlət başçımıza təşəkkür edirik”. A.Kərimli deyib ki, Azərbaycan gedər-getməz “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq mərhələsinə başlanılacaq. Dördüncü dəfə iştirak ərzində Azərbaycanın ən yüksək dərəcələri əldə etdiyini vurğulayan A.Kərimli, bu tezliklə Azərbaycanın qələbə qazanmasını ölkəmizin bu müsabiqəyə ciddi hazırlığı ilə əlaqələndirib.

Qalib ifaçılarımız jurnalistlərin qarşısına çıxdılar

“Eurovision-2011” Mahnı müsabiqəsinin qalibləri Eldar və Nigar müsabiqənin final şousundan sonra mətbuat konfransı keçiriblər. Lent.az-ın məlumatına görə, azərbaycanlı duet qalibiyyəti Müslüm Maqomayevin ifasında məşhurlaşan “Azərbaycan” mahnısı ilə qeyd edib.

Nigar çoxsaylı jurnalistlərin qarşısında “Azərbaycan” mahnısını oxuyub. Eldar isə sevincini göz yaşları ilə nümayiş etdirib: “Allah dua edirik! Babamın ruhu məni göydən izləyirdi”.

Təmsilçilərimizi media nümayəndələri arasında ilk olaraq Azərbaycan jurnalistləri təbrik edib.

Əcnəbi jurnalistlər Azərbaycan təmsilçilərini təbrik edib, mahnının çox gözəl olduğunu deyib.

Jurnalistlərdən biri “Eurovision” uşaq müsabiqəsində qalib gələn Ermənistanla “Eurovision-2011”-in Azərbaycan qaliblərinin bundan sonra arasında mədəniyyət mübadiləsinin ola bilmə ehtimalını soruşub. Eldar mədəniyyətin sərhəd tanımadığını vurğulayıb.

Mətbuat nümayəndələri Eldarla Nigarın bundan sonra əməkdaşlıq edib-etməyəcəkləri ilə də maraqlanıb. Nigar gələcəkdə solo fəaliyyət göstərəcəyini deyib.

İngiltərədə yaşayan Nigardan qalibiyyətdən sonra Azərbaycana qayıdıb-qayıtmayacağını da soruşublar. Nigar Camal həmişə həyatının yarısının Azərbaycana bağlı olduğunu deyib: “Mən müsabiqədən öncə evdar qadın idim, lakin “Eurovision” arzum idi, seçimə qatıldım və indi qalibəm. İnsan istədikdə hər şeyə nail ola bilər! Biz istədik və qalib olduq!”

Eldar qalibiyyətə addım-addım nail olduqlarını deyib: “Çox çalışdıq, əziyyət çəkdik, Allaha şükürlər olsun!”.

Avstraliya radiosunun jurnalisti deyib ki, bundan sonra radioda Azərbaycan musiqisi səsləndirəcəklər.

Eldar və Nigara sual ünvanlayanlar arasında İctimai TV-nin əməkdaşı Leyla Quliyeva da olub. O qələbəni eşitdikdən sonra onların ilk olaraq kimə zəng vurduqlarını soruşub. İfaçılarımız həyəcanlı olduqları üçün heç kimə zəng vurmayıblar. Eldar imkan olan kimi ilk olaraq anasına telefon açacağını deyib.

Jurnalistlərdən biri təmsilçilərimizi qəribə sualla təəccübləndirməyə çalışıb: “Eurovision” həm də gey-parad nümayişi kimidir. Siz gələn il ev sahibi kimi buna hazırsınız?”

Eldar isə Azərbaycanın tolerant ölkə olduğunu və cəmiyyətin bütün təbəqələrinə, insanlarına normal yanaşdıqlarını qısaca qeyd edib.

Kateqoriya: Muxtelif | Baxılıb: 1264 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016