Azərbaycanda ilk dəfə onlayn izlənilən dərs - 20 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 20 » Azərbaycanda ilk dəfə onlayn izlənilən dərs
Azərbaycanda ilk dəfə onlayn izlənilən dərs
16:50

Bundan sonra Gəncə Dövlət Universitetində dərsləri onlayn rejimdə izləmək mümkün olacaq

Yeni tədris ilində Gəncə Dövlət Universitetində tədris prosesini onlayn rejimdə izləmək mümkün olacaq. Artıq bunun üçün auditoriyalarda veb-kameralar və lazımi texniki avadanlıqlar quraşdırılıb.

Universitetdən Lent.az-a verilən məlumata görə, dərs prosesini təhsil müəssisəsinin www.gsu.az saytı vasitəsilə izləmək mümkündür. Artıq universitetin tədris korpuslarında layihənin reallaşdırılması üçün Wi-Fi texnologiyalı sürətli internet şəbəkəsi qurulub.

Xatırladaq ki, təhsil müəssisələri arasında təlimin birbaşa onlayn izlənməsi imkanı Azərbaycanda ilk dəfədir. Bu, müasir cəmiyyətlərdə elektron və distant təhsil sahəsində əhəmiyyətli addım hesab olunur. Belə ki, yeni metodun tətbiqi həm də dərs və imtahanların şəffaflıq prinsipi əsasında aparılmasına köməklik göstərəcək. Üstəlik tələbələr və maraqlı şəxslər onları maraqlandıran leksiyalara istədikləri vaxt izləmək imkanı əldə edəcəklər. Layihə çərçivəsində ən yaxşı leksiyalar seçilib DVD disklərə yazılıb kitabxanalara təqdim olunacaq.

Gəncə Dövlət Universiteti 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlayıb. 5 illik fəaliyyətdən sonra bu təhsil müəssisəsi H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi tam ali təhsil verməyə başlayıb. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr və magistr pillələrində aparılır. Hazırda burada 37 tədris kafedrasında 16 elmlər doktoru-professor, 170 elmlər namizədi-dosent, 400-ə yaxın baş müəllim və müəllim çalışır. Universitetin 3 tədris korpusu, kitabxanası, idman zalı, yataqxanası və müasir kompüter avadanlığı ilə təchiz olunmuş informasiya mərkəzi vardır. Universitetdə distant təhsil metodlarının tətbiqi ilə fəaliyyət göstərən "Cisco Şəbəkə Akademiyasının – GDU filialı” tələbələrin müasir İnformasiya-kommunikasiya texnologiyaları sahəsində mütəxəssis kimi hazırlığına xidmət edir.

Kateqoriya: Tehsil | Baxılıb: 605 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016