“Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” oxucuların istifadəsinə verilib - 19 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 19 » “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” oxucuların istifadəsinə verilib
“Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” oxucuların istifadəsinə verilib
18:33

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlı növbəti vəsait oxucuların istifadəsinə verilib.

Qəbul imtahanlarına hazırlaşan gənclərin məsləhət və köməyə ehtiyac duyduğu ən mühüm istiqamətlərdən biri ixtisas seçimi məsələsidir. TQDK bunu nəzərə alaraq hər il onları müxtəlif məzmunda və çeşiddə metodiki vəsaitlər, onlara bələdçilik edən nəşrlər və digər köməkçi materiallarla təmin edir.
Gənclərin gələcək mütəxəssis kimi uğurları, arzu və istəklərinin reallaşması onların ixtisas seçimi mərhələsində kifayət qədər düşünülmüş qərar qəbul etmələrindən asılı olur. Əslində onlar hərtərəfli götür-qoy edilmiş ixtisas seçimi ilə öz gələcək karyeralarının əsasını qoymuş olurlar. Ümumiyyətlə, ixtisas seçərkən ən azı üç suala cavabı əsas götürmək lazımdır:
– Mən nə istəyirəm?..
– Mən nəyi bacarıram?..
– Mənim seçdiyim ixtisasa tələbat nə dərəcədədir?
Abituriyentin uğurlu ixtisas seçiminə müsbət təsir göstərən amillərdən biri də onun ixti¬saslar haqqında məlumatlarla ətraflı tanış olmasıdır.

Hər bir gənc seçim barədə qərar verməzdən əvvəl ixtisasın mahiyyətini dərk etməli, onu yaxşı-yaxşı təhlil etməli, bütün cəhətləri əvvəlcədən nəzərə almalıdır. Lakin təcrübə göstərir ki, ali təhsil müəssisələrinə qəbula hazırlaşanların heç də hamısı bakalavr ixtisaslarının mahiyyəti haqqında tam və aydın təsəvvürə malik olmur və təəssüf ki, bir çox hallarda kortəbii seçim edirlər. Buna görə də gənclərimizə ali təhsil ixtisaslarının xarakteristikası, təyinatı, gələcək mütəxəssisin peşə fəaliyyətinin sahə və istiqamətləri, iş yerləri barədə məlumat verilməsinə böyük ehtiyac vardır.

Bunları nəzərə alaraq, TQDK abituriyentlərin düşünülmüş ixtisas seçimi etmələrinə və bu istiqamətdə dəqiq addım atmalarına kömək məqsədilə bütün bakalavr ixtisaslarını əhatə edən məlumat-sorğu vəsaitinin hazırlanmasını məqsədəuyğun hesab etmişdir. “Ali təhsil müəssisələrinin bakalavr ixtisasları” adlanan bu nəşr Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ali təhsil pilləsinin Dövlət standartları və proqramı” sənədinə istinadən və TQDK-nın informasiya bazasında olan məlumat və materiallar əsasında hazırlanmışdır.

Təqdim olunan vəsait ixtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarətdir. Birinci kitab I qrup ixtisaslarına (65 ixtisas), ikinci kitab II qrup ixtisaslarına (19 ixtisas), üçüncü kitab III qrup ixtisaslarına (45 ixtisas) və dördüncü kitab isə IV qrup ixtisaslarına (23 ixtisas) həsr edilir.

1. Hər bir ixtisas haqqında təqdim olunan informasiyada həmin ixtisas üzrə kadrların hansı təhsil müəssisəsində hazırlanması, ixtisasın xarakteristikası, təyinatı, bu və ya digər ixtisas üzrə hazırlanan bakalavrlara təhsil müddətində tədris edilən peşə-ixtisas fənləri, həmin fənlər əsasında onlara öyrədilən ixtisas bilik və bacarıqları şərh olunur, onların gələcək fəaliyyətinin əsas sahə və istiqamətləri və iş yerləri barədə məlumat verilir.

Vəsaitdə ayrı-ayrı ixtisasların mahiyyəti və xarakteristikası ilə bağlı işlənən terminlərin “Qısa izahlı lüğət”i də verilmişdir. Həmin terminlər bir ulduzla (*) işarələnmişdir. Lüğət bu və ya digər anlayışlar haqqında məlumat verməklə ixtisasların mahiyyəti və xarakteristikalarının qavranılmasını asanlaşdırır.

Kateqoriya: Tehsil | Baxılıb: 524 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016