Ali məktəblərə qəbul olanlara qeydiyyatdan keçmələri üçün daha iki gün şans verildi - 18 Августа 2010 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2010 » Avqust » 18 » Ali məktəblərə qəbul olanlara qeydiyyatdan keçmələri üçün daha iki gün şans verildi
Ali məktəblərə qəbul olanlara qeydiyyatdan keçmələri üçün daha iki gün şans verildi
17:22

Ali məktəblərə qəbul olunan tələbələrin qeydiyyatdan keçmə müddəti iki gün uzadılıb.Onlara qəbul olduqları təhsil müəssisəsindən qeydiyyatdan keçmək üçün daha 2 gün vaxt verildi.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsili müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olunan tələbələrin daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçmə müddətini iki gün uzadıb.

Belə ki, ali təhsil müəssisələrinə qəbul olanlar 20 avqust 2010-cu il saat 18:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, həmin tələbələr üçün avqustun 9-dan başlayan qeydiyyat müddəti bu gün basa çatmalı idi. Amma TQDK bu prosesin müddətini avqustun 20-si saat 18.00-dək uzadıb. Səbəb isə hələ də bəzi abituriyentlərin qeydiyyatdan keçməməsidir.

E. Nağızadə deyib ki, indiyədək ali təhsili müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olunan tələbələrin yalnız 98%-i qeydiyyatdan keçib. Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, ki, ali məktəblərə qəbul olunmuş abituriyentlərin daxil olduqları təhsil müəssisələrində qeydiyyatı bu gün başa çatmalı idi. Ancaq TQDK bir çox abituriyentlərin hələ də qeydiyyatdan keçmədiyini nəzərə alaraq, vaxtı uzatmaq barədə qərar qəbul edib.

Kateqoriya: Tehsil | Baxılıb: 342 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Avqust 2010  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016