Aktyor Elçin Həmidov vəfat edib - 6 Марта 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Mart » 6 » Aktyor Elçin Həmidov vəfat edib
Aktyor Elçin Həmidov vəfat edib
16:17

Azərbaycanın tanınmış aktyoru,KVN (Bakılı oğlanlar) teatrının əməkdaşı, hamının “Məhəllə” filmindən “Məzi” kimi tanıdığı əməkdar artist Elçin Həmidov vəfat edib. Aktyor martın 4-ü axşam saatlarında dünyasını dəyişib.

Dünən isə onun tamaşada iştirakı gözlənilsə də, aktyor tamaşaya gəlməyib. Bu səbəbdən onun yaşadığı mənzilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. Pəncərədən evə daxil olan FHN əməkdaşları orada E.Həmidovun cəsədini tapıblar. İlkin versiyaya görə, aktyor ürək xəstəliyindən vəfat edib.

Elçin Həmidovla vida mərasimi bu gün Heydər Əliyev prospekti 101 A ünvanında (“Günəş” restoranının yaxınlığı) yaşadığı evdə keçirilib. Vidalaşma saat 12.00-da başlayıb və iki saat davam edib.Onunla vidalaşmaq üçün sənət dostları, yaxınları və qohumları yığışmışdı.

Artistin meyitini onun həmkarı və dostu, əməkdar artist Kübra Əliyeva aşkarlayıb. Elçin Həmidov tək yaşayırmış. Onun görünməməsindən narahat olan Kübra Əliyeva evinə gedib. Qapının zəngini bassa da, açan olmayıb. Lakin evdən televizorun səsi eşidilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb və onlar mənzilə daxil olublar. Evdə Elçin Həmidovun meyiti aşkarlanıb.

İlkin məlumatlara görə, aktyor martın 4-də ürək tutmasından vəfat edib.

Xatırladaq ki, Elçin Həmidov 1958-ci ildə anadan olub, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib, 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. E.Həmidov tamaşaçılara daha çox «Planeta parni iz Baku» qrupunun tamaşalarındakı Məzi rolunun ifaçısı kimi tanınıb.

Allah rəhmət eləsin!

Kateqoriya: Muxtelif | Baxılıb: 397 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016