Abituriyent ərizələrinin təsdiqlənməsinə başlanır - 27 Апреля 2011 - wWw.TTIO.MoY.Su =>ADPU-Menecment ixtisasi Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [253]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2535

Başlıq » 2011 » Aprel » 27 » Abituriyent ərizələrinin təsdiqlənməsinə başlanır
Abituriyent ərizələrinin təsdiqlənməsinə başlanır
12:28

Bu gündən ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməyə başlamalıdırlar.

Ərizələrin təsdiqi üçün vaxt mayın 31-də başa çatacaq. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

Qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı da bu gündən başlayır. Abituriyentlər qeydiyyata alınmaq üçün müvafiq Qabiliyyət İmtahanı Komissiyasına tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməlidirlər.

“Bütün sənəd qəbulu komissiyalarında qəbul elanları və qaydaları lövhələrdə yerləşdirilməlidir ki, bizim jurnalı əldə edə bilməyən və ya internetə çıxış imkanı məhdud olan gənclər sənəd qəbulu ilə bağlı məlumatlarla tanış olsunlar.Onlara operativ və düzgün informasiya verilməli, çətinlik çəkdikləri məsələlər izah olunmalıdır”.Bunu ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı sənəd qəbulu komissiyaları üçün keçirilən seminar-məşğələdə komissiyanın Təşkilat Şöbəsinin müdiri Arzu Bağırov deyib.

A. Bağırov bildirib ki, cari ildə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən mayın 31-dək internet vasitəsilə elektron ərizə dolduracaq, tələb olunan sənədləri aprelin 27-dən mayın 31-dək müvafiq sənəd qəbulu komissiyasına təqdim etməklə təsdiqlədəcəklər. A. Bağırov abituriyentlərin rahat şəkildə ərizələrini təsdiq etmələri üçün lazımi şəraitin yaradılmasının vacibliyini vurğulayıb.

Komissiyadan bildirilib ki, abituriyentlərin elektron ərizələrini təsdiq etdirmələrinə şərait yaratmaq məqsədilə respublika üzrə 127 komissiya fəaliyyət göstərəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanı tarixləri belədir:

III qrup -3 iyul
I qrup - 10 iyul
IV qrup - 16 iyul
II qrup -22 iyul

Kateqoriya: Tehsil | Baxılıb: 283 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2016