Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » May » 5 » Abel Məhərrəmov: “Orta məktəblərin buraxılış və ali məktəblərin qəbul imtahanları birləşdirilməlidir”.TQDK isə bununla razılaşmır.
Abel Məhərrəmov: “Orta məktəblərin buraxılış və ali məktəblərin qəbul imtahanları birləşdirilməlidir”.TQDK isə bununla razılaşmır.
17:03

“Bir söz var: Desəm öldürərlər, deməsəm, ölləm”.

Lent.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Təhsil Nazirliyində 9 – 11-ci sinif şagirdləri arasında keçirilmiş fənn olimpiadaları qaliblərinin mükafatlandırma mərasimində deyib.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının bir metodoloji müstəvidə birləşdirilməsini təklifi edir. APA-nın məlumatına görə, A. Məhərrəmov jurnalistlərlə açıqlamasında deyib ki, həm orta məktəbi bitirənlərin, həm də ali məktəbə qəbul olunanların bilikləri müvafiq metodoloji müstəvidə ortaya qoyulmalıdır: ”Yəni proqram tələbləri həm buraxılış, həm də qəbul üçün əsasən eyni olmalıdır ki, orta məktəbləri bitirənlər biliklərini iki istiqamətdə formalaşdırmasınlar. İki proqram üzrə hazırlaşmaq tələbələri yorur, məktəblə qəbul prosesi bir-birindən aralanır”.
A.Məhərrəmov bildirib ki, söhbət orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanlarından gedir: “Orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanlarını mütləq vahid metodoloji müstəviyə gətirməliyik. Bu imtahanların bir metodoloji müstəvidə, bir metodoloji proqramda olması çox vacibdir. Çünki mən gənclərin və onların valideynlərinin bu imtahanlarla bağlı nə qədər çətinlik çəkdiklərinin şahidi oluram. Bu dövrdə valideynlər uşaqlarını avtomobillə aparıb-gətirməklə məşğul olurlar. Bizim üçün əsas məsələ əvvəlcə gənclərin sağlamlığı, sonra təhsil və istedadlarıdır”.

Millət vəkili bu problemin 1,5 – 2 ilə həll edilməsinin mümkünlüyünü də əlavə edib.

A.Məhərrəmov şagirdlərin imtahanlara hazırlaşmaq məqsədilə repetitorlara müraciət etmələrinin də bununla bağlı olduğunu vurğulayıb.Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının vahid metodoloji müstəvidə birləşdirilməsi ilə bağlı təklifinin detallarını açıqlayıb. Lent.az-ın verdiyi məlumata görə, Abel Məhərrəmov deyib ki, dünya təcrübəsində tələbələr istər orta məktəbi bitirərkən, istərsə də ali məktəbə qəbul olarkən vahid metodoloji müstəvidə öz biliklərini ortaya qoyurlar.

Onun sözlərinə görə, proqram tələbləri həm ali məktəblərə qəbul, həm də orta məktəbin buraxılış imtahanları üçün 90 faiz eyni olmalıdır ki, orta məktəbi bitirən şagirdlər iki istiqamətdə təfəkkürlərini, daha doğrusu, biliklərini formalaşdırmasınlar. Çünki şagird iki proqramla işləyirsə, bilmir ki, hansı proqram üzrə hazırlaşsın: “Orta məktəblə ali məktəblərə qəbul prosesi bir-birindən aralanır. Metodologiya baxımından orta məktəbin tələbləri bir cür, ali məktəbin tələbləri başqa cürdür. Məsələn, biliyi müəyyən etmək üçün test, yazılı və şifahi üsul var. Adətən, orta məktəb şifahi üsulla gəlir və onunla da təqribən yekunlaşır. Düzdür, bəzən buraxılış imtahanlarını orta məktəbdə yazılı verirlər və ali məktəblərə qəbul imtahanı da testlə olur. Bu metodologiya eyni deyil. Uşaqlar ali məktəblərə qəbul olmaq üçün test müstəvisində hazırlaşmağa çalışırlar. Üstəlik, orta məktəbin imtahanlarında yaxşı nəticə əldə etmək üçün dialoq əsasında qurulmuş yazılı imtahan üzrə hazırlaşırlar. Mən bildiyim qədər, proqram tələbləri də eyni deyil. Biri bir müstəvidə, digəri başqa müstəvidə tələb edir. Bunlar ilbəil bir-birinə yaxınlaşır. Ancaq uzun illər gözləmək lazımdır ki, bunlar bir-birinə yaxınlaşsın”.

Abel Məhərrəmov qeyd edib uşaq 15,16 və 17 yaşında 2 problemlə üzləşir: “Yəni orta məktəbi bitirsin və necə etsin ki, ali məktəbə qəbul olsun! Orta məktəbin tələbi bir müstəvidə, ali məktəbə qəbul tələbi digər müstəvidədir. Ona görə də xüsusilə 11-ci sinifdə şagirdlərin fiziki sağlamlığına bu faktor da çox təsir edir. Çünki təkcə orta məktəbin proqramı xeyli çəkiyə malikdir, ali məktəbə qəbul üçün də daha çox güc sərf etmək lazımdır. Bəzən buna görə valideynlər də narahatçılıq keçirir. Ali məktəbə qəbul olmaq istəyən uşaqlar orta məktəbdən çıxan kimi xüsusi müəllimlərin yanına qaçırlar. Bu, şəhərdə avtomobillərində də hərəkətində sıxlığa yol açır. Yəni orta məktəblərin buraxılış və ali məktəblərin qəbul imtahanları nəinki bir-birini nəinki tamamlayır, hətta bəzən biri digərini zəiflədir. Repetitorluğun geniş yayılmasının da səbəbi odur”.

BDU-nun rektoru bildirib ki, tələbələr ali məktəbə qəbul olunarkən onlarda çaşqınlıq müşahidə olunur: “Çünki biz də ali məktəbdə üçüncü metodologiyanı tələb edirik. Uşaqlar üçüncü yanaşma ilə ali məktəbdə rastlaşırlar. Bunları bir nizam-tərəziyə qoymaq mümkün deyil. Əvvəllər xaricə gedəndə görürdün ki, iki reys qatarı var. Reysləri dəyişirdilər ki, bu qatar Sovet İttifaqından gəlib. Bu gün təhsildə belə bir sistem yaranıb. Ona görə də mən ziyalı kimi narahatçılığını bildirirəm. Bu, gənclərin sağlamlığına, onların valideynlərinin narahatçılığına səbəb olur. Şagird qiymət və qəbul üçün yox, bilik üçün hazırlaşmalıdır”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə isə
A. Məhərrəmovun təklifi ilə razılaşmadığını bildirib. M. Abbaszadə deyib ki, imtahanların modelini dəyişmək populist formada yox, elmi əsaslarla aparıla bilər: “İki məqsədli imtahan ola bilməz. Ali məktəblərə qəbul və orta məktəblərdə buraxılış imtahanlarının məqsədləri müxtəlifdir. Amma təhsil qanununa əsasən, birinci mərhələdə olan attestat imtahanın nəticələrini yeni qəbul qaydalarında nəzərə alıb, attestat qiymətlərinə əsasən abituriyentlərə müəyyən bal vermək istərdik. Amma bunun üçün attestat qiymətləri və şagirdlərin imtahanda göstərdikləri nəticə heç olmasa, imtahan verdiyi fənlər üzrə üst-üstə düşməlidir. Biz bunu izləyirik. Lakin hələ demək olmaz ki, müsbət nəticə var”.

M. Abbaszadə bu il ilk dəfə orta məktəbləri yüksək qiymətlərlə bitirənlərə medallar veriləcəyini və onların da ali məktəblərə qəbul imtahanlarında iştirak edəcəklərini xatırladıb: “İmtahandan sonra orta məktəbi medalla bitirənlərin qəbul imtahanlarında göstərdikləri nəticələr araşdırılacaq. Biz görsək ki, ölkə üzrə məktəbdə aparılan qiymətləndirmə ali məktəbə qəbul imtahanı zamanı aparılan qiymətləndirmə ilə 70 faiz üst-üstə düşür, o halda ali məktəblərə qəbul zamanı orta məktəb qiymətlərini nəzərə ala bilərik”.

Kateqoriya: Tehsil | Baxılıb: 987 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  May 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024