Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Aprel » 1 » 1 aprel Gülüş günü
1 aprel Gülüş günü
19:57

“Gülüş günü” yaxud “Axmaq günü” kimi adlandırılan bu bayram çox insanlar tərəfindən keçirilsə də təqvimdə göstərilən bayramlar sırasına əlavə edilmir.

1 Aprelin gülüş günü kimi qeyd olunma tarixçəsi haqqında bir sıra fərziyyələr mövcuddur. İlk olaraq 1 aprel müxtəlif ölkələr tərəfindən yazın gəlişi mənasını ifadə edirdi və bununla əlaqədar keçirilirdi. Bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar burada əvəzedilməz rol oynayırdı. Aprelin ilk günü zarafat etmək qaydası birinci dəfə Fransada Yeni ilin gəlişi ilə əlaqədar keçirildi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində, yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir – bbirlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 – ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdi. 1 apreldə keçirilən yeni ili unutmaq üçün bu ənənəni dəyişdirməyə məcbur oldular, məhz bu səbəbdən bayramı keçirənləri “1 aprel axmaqları” adlandırdılar.

Bir çoxları isə bu bayramı Qədim Roma tarixi ilə bağlayır, hansı ki, 17 fevral “Səfehlər bayramı” kimi keçirilirdi. Bəzi tədqiqatçıların fikrinə görə bu ənənə Qədim Hindistanda meydana gəlmişdi, 31 mart onlarda “Gülüş günü” kimi keçirilir.

Gülüş gününün geniş səviyyədə yayılması XVIII əsrdə baş verdi. Beləcə uzun əsrlərin keçməsindən sonra dünyanın bütün ölkələrində 1 aprel günündə öz dostlarına gülən insanlara rast gəlmək mümkündür.

Azərbaycanda da 1 aprel əksər insanlar tərəfindən Aldatdı günü, Gülüş günü kimi qəbul olunur.

Kateqoriya: Muxtelif | Baxılıb: 1449 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024