Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Aprel » 2 » Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq İctimai Palatanın Bakıda mitinq cəhdi ilə bağlı rəsmi məlumat yayıb
Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq İctimai Palatanın Bakıda mitinq cəhdi ilə bağlı rəsmi məlumat yayıb
20:26

Aksiyada baş verənlərlə bağlı Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat qrupu yaradılıb

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) və Respublika Prokurorluğu İctimai Palatanın bu gün Bakının mərkəzində keçirdiyi aksiya ilə bağlı birgə məlumat açıqlayıb. Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, özünü İctimai Palata adlandıran quruma daxil olan ayrı-ayrı radikal müxalifət partiyaları və təşkilatlar aprelin 2-də N. Nərimanov adına kinoteatrın qarşısında mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılaraq «Sərbəst toplaşmaq azadlığı haqqında» qanununun 7-ci maddəsinin I hissəsinə əsasən ictimai mənafelərin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın paytaxtın mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Səbail rayonunun Bibiheybət qəsəbəsindəki stadion təklif olunub. Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilib, habelə müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntusuna görə məsuliyyət daşıyacaqları barədə Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının rəhbərləri - Əli Kərimli və İsa Qəmbər Bakı Şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar olunublar. Buna baxmayaraq, aksiyanın təşkilatçıları aprelin 2-də saat 14.00-dan başlayaraq ümumi sayı təxminən 350 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın «Fəvvarələr» meydanına daxil olmağa cəhd göstərmişlər. Məlumatda qeyd olunub ki, ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, radikal müxalifətin nümayəndələri bu tələbi yerinə yetirməyərək ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədiblər. Bu hüquqazidd hərəkətlər zamanı «Fəvvarələr» meydanında və ona yaxın ərazilərdə yerləşən bir sıra müəssisə, idarə və təşkilatların, ticarət və iaşə obyektlərinin, şəhər nəqliyyatının normal fəaliyyəti, əhalinin dincliyi, hüquq və azadlıqları, bütövlükdə ictimai qayda kobud surətdə pozulub.

Bildirilib ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən belə aqressiv və qərəzli hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə, o cümlədən polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurulub, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələri və 1 bankomat qurğusu sındırılıb. Xidməti vəzifələrini yerinə yetirən polisin qanunsuzluqlara son qoyulması barədə təkrarən səsləndirdiyi xəbərdarlıqlara və tələblərə məhəl qoyulmayaraq onlara qarşı zor tətbiq edilməklə müqavimət göstərilib, nəticədə 13 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilib.
Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınıb, bu cinayətin təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla şübhəli şəxs qismində 5 nəfər saxlanılıb. Həmçinin, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş daha 70 nəfər barəsində ərazi poils orqanları və məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq edilib.

Fakt üzrə Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Kateqoriya: Muxtelif | Baxılıb: 902 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024