Başlıq
 
Başlıq
[ Новые сообщения · Участники · Правила форума · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Модератор форума: DJFERID  
Forum » Eylence (Развличения ) » DiNi_Sohbetler_(Религия) » QURANI-KERIM haqqinda ne bilirik?
QURANI-KERIM haqqinda ne bilirik?
DJFERIDTarix: Bazarertesi, 31.03.2008, 19:49 | Şerh # 1
Генерал-лейтенант
Qruppa: Istifadeciler
Şerh: 15
şöhret: 1
Status: OFFline
Qurani -kerim Alemlerin Rebbi terefinden, melek Cebrail vasitesile kainatin sonuncu peygemberi Muhammed (e) -e gonderilmisdir.Bes Qurani-kerim neden behs edir,insanlar terefinden oxunub emel edilirmi?Bu ve ya diger suallarin cavabini bilenlerden gozluyurem.gelin bilmediklerimizi birlikde oyrenek!!!
 
iravaniTarix: cüme, 13.03.2009, 14:08 | Şerh # 2
Подполковник
Qruppa: Istifadeci
Şerh: 14
şöhret: 2
Status: OFFline
Qurani-Kərimə düzgün ehtiram göstərilirmi?

Bağışlayan və mehriban Allahın adı ilə

“..(Bu) elə bir kitabdır ki, onu sənə insanları onların öz Rəbbinin izni ilə zülmətdən nura (küfürdən imana) yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə)laiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik”(İbrahim surəsi,ayə 1)

İnsanların hidayəti üçün Aləmlərin Rəbbi tərəfindən sonuncu nazil olan səmavi kitab Qurani-Kərimə təəssüflər olsun ki, layiqli dəyər verilmir. Bəşəriyyət üçün nicat gəmisi, hidayət çırağı olaraq göndərilən, müsəlmanların səadət və həyat proqramı olan müqəddəs kitabımızdan Allahın nazil etdiyi məqsədlə istifadə edilmir.

Belə ki, Qurani-Kərimə ehtiram məqsədi ilə onu təmiz bir bezə büküb, evin ən hündür yerində çox vaxt şfanerin üzərində saxlanılması məşhurdur. Hətta çox vaxt evdə içki içən biri olduğu üçün Qurani-Kərimin evdən uzaqlaşdırılması halları da baş verir. Günlərlə, aylarla , bəzən illərlə oxunmayan Müqəddəs kitabımız beləcə, “ehtiram” məqsədi ilə unudulur.. Qurani-Kərimə düzgün ehtiram əlbəttə ki, bu deyil.

Təsəvvür edin, mənzil başına yetişmək üçün getməli olduğunuz yol qaranlıqdır və “azmadan” mənzilinizə yetişmək üçün yolu işıqlandırmaq zəruridir. Əlinizdə olan çırağı yandırmadan, istifadəsiz halda saxlamaqla yolunuzu işıqlandıra bilərsinizmi? Təbii ki, yox! Bəs, Qurani-Kərimi oxumadan göstərişlərinə əməl etmədən evimizin bir küncündə saxlamaqla, ondan yetərincə faydalana bilərikmi? Həqiqətən Allah-təala Qurani-Kərim vasitəsilə insanları zülmətdən nura çıxarır və düz yola istiqamətləndirir. «Bu (Qur’an), insanlardan ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir.»(Ali-İmran surəsi, ayə 138)

«Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik və o, zalımların ancaq ziyanını artırır.»(İsra surəsi, ayə 82)

«...Rəbbiniz nə nazil etmişdir?» deyə soruşduqda isə onlar : «Хeyir! (nazil etmişdir)-deyə cavab verərlər..... »(Nəhl surəsi,ayə 30)

Bəli, Qurani-Kərim insanların xeyri üçündür. Qurani-Kərim hidayət çırağıdır, insanların üçün həyat proqramıdır . Bəs biz gündəlik həyatımızda Qurani-Kərimə lazımı qədər müraciət edirikmi? Qurandan heç olmasa bir ayə oxuyuruqmu və ya oxuduğumuz göstərişlərə əməl edirikmi? Onda hansı əsasla Qurana ehtiram etdiyimizi iddia edə bilərik? Qurani-Kərimə həqiqi ehtiram edən o şəxsdir ki, dünya həyatında ilahi kitabın buyuruqlarına əsasən əməl və rəftar edir. Deməli, bunun üçün ilk növbədə Quranın göstərişləri ilə yaxından tanış olmalı və həmin göstərişlərə həyatımızın hər bir sahəsində əməl etməliyik .

Unutmayaq ki, Allah-Taala Quran vasitəsi ilə insanları haqqa çağırmış və bu çağrışı qəbul edənlərə də əbədi Cənnət vəd etmişdir. Allah vədinə xilaf çıxmaz!

Nurlu Aydın

http://press-az.com/

Şerhi deyişdirdi iravani - cüme, 13.03.2009, 14:09
 
Forum » Eylence (Развличения ) » DiNi_Sohbetler_(Религия) » QURANI-KERIM haqqinda ne bilirik?
  • Страница 1 из 1
  • 1
Поиск:


Design by Kamal Zeynallı © 2024