Avropada kitabxanaları barmaqla saymaq mümkün olan vaxtlarda Bağdadın xəlifə əl-Məmun tərəfindən yaradılmış «Müdriklər evi» kitabxanasında müxtəlif mövzulara dair 4 mln. kitab var idi. O dövrdə müsəlman alimləri ilahiyyat, fəlsəfə, ədəbiyyat, kəlam kimi elmlərlə yanaşı riyaziyyat, astronomiya, fizika, tibb və digər təbiət elmlərinə mükəmməl şəkildə yiyələnir, bu elmlərin inkişafına öz töhfələrini bəxş edirdilər.