Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Sentyabr » 23 » AzərbaycanTələbələri “Sülh içində Yaşa” devizini dəstəklədilər
AzərbaycanTələbələri “Sülh içində Yaşa” devizini dəstəklədilər
22:14

21 Sentyabr 2010-cu il saat 16.00-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə Gənclər və İdman Nazirliyinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi ilə “21 Sentyabr Beynəlxalq Sülh Günü”-nə həsr edilmiş “Sülh içində Yaşa” devizi altında tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanın 10-dan çox Ali Təhsil Müəssəsindən 100-ə yaxın tələbə iştirak etmişdir.

Tədbirin keçirilməsinin əsas məqsədi, gəncləri “Sülh içində Yaşa” devizi altında birləşdirmək və onların səslərini dünya ictimaiyyətinə çatdırmaqdır

Keçirilmiş tədbirin qonaqları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, İctimai Televiziyanın Elm və Təhsil Departamentinin müdiri Cəsarət Valehov, British Council nümayəndəsi Natiq Haciyev, Ombudsman Aparatının məsul işçisi Rəşid Rumzadə və xarici tələbələr olmuşlar.
ATGTİ sədri Şahin İsmayilov tələbələr qarşısında çıxış edərək, onları salamladı və Beynəlxalq Sülh Günü haqqında geniş məlumat verdi. Daha sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış etdi. İ. Babayev bildirdi ki, Azərbaycan üçün sülh anlayışı çox mühümdür və Azərbaycan gənclərinə sülh lazımdır. Sonra növbə ilə İctimai Televiziyanın Elm və Təhsil Departamentinin müdiri Cəsarət Valehov, British Council nümayəndəsi Natiq Haciyev və Ombudsman Aparatının məsul işçisi Rəşid Rumzadə gənclər qarşısında çıxış etdilər. Rəsmilər nitqlərində sülhün bir mədəniyyət olduğunu xüsusi vurğuladılar və qeyd etdilər ki, istənilən inkişafın, rifahın əsası sülhlə bağlıdır.

Beynəlxalq Sülh günü ilə əlaqədar tələbələrdə öz fikirlərini bildirdilər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Vasif Həbibov öz fikrini bildirərək qeyd etdi ki, Bu cür tədbirlərin keçirilməsi biz gənclərə Dünyaya səslənməyə imkan verir və biz “Sülh içində Yaşa”yaq deyirik.

Sonda iştirakçılar sülh rəmzi olan onlarla ağ göyərçinləri havaya buraxdılar.

Qeyd edək ki, Beynəlxalq Sülh günü BMT tərəfindən 1982-ci ildə təsis edilib və o hər il bütün dünyada qeyd olunur.

Kateqoriya: ADPU-TGT | Baxılıb: 2108 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.0/1 |
Ümumi şerh: 0
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Sentyabr 2010  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024