Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2009 » Fevral » 24 » Bakı Beynelxalq ve Şeherlerarası Avtovağzal kompleksi
Bakı Beynelxalq ve Şeherlerarası Avtovağzal kompleksi
14:41

Keçdiyimiz günlərdə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal kompleksinin açılışı oldu.Avtovağzalın açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.Dünyanın ən böyük avtovağzallardan birinin ilk sərnişin bileti İlham Əliyevə təqdim olunub.Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, 2004-cü ilin mayında təməli qoyulmuş kompleksin sifarişçisi Nəqliyyat Nazirliyi, baş podratçı isə “Bakı XXI əsr” şirkətidir. Dünyada avtovağzallar sistemində ən böyüklərindən biri olan bu kompleks yerli və beynəlxalq marşrutlarda sərnişin daşınmasını təmin etmək üçün nəzərdə tutulub.Prezident İlham Əliyev avtobusların elektron formada tərtib olunan hərəkət cədvəli, şəhərlərarası və beynəlxalq sərnişin avtobuslarına biletlərin satış qiyməti cədvəli ilə tanış olub, əməliyyat zalına baxıb. Burada avtovağzalın ilk sərnişin bileti dövlət başçısına təqdim edilib. Bundan əlavə İlham Əliyevə xatirə olaraq Bakı beynəlxalq avtovağzal kompleksinin maketi təqdim olunub.Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənovun sözlərinə görə, bundan sonra Bakıdan rayonlara, eləcə də xarici ölkələrə sərnişin avtobusları yeni avtovağzaldan yola düşəcək, eyni zamanda paytaxta gələn avtobuslar bu avtovağzala qəbul ediləcək. Bakı-Sumqayıt-Bakı marşrut avtobusları da indiyədək olduğu kimi «20 Yanvar» metro stansiyasının qarşısından deyil, yeni avtovağzaldan yola düşəcək.
Nazirlik rəsmisi əhalinin avtovağzaldan istifadəsində çətinliyin yaranmaması üçün bir sıra marşrutların hərəkət sxemində dəyişikliklərin edildiyini deyib. Həmçinin, avtovağzala şəhərin mərkəzindən 284 saylı yeni bir marşrut açılacaq.
Qeyd edək ki, avtovağzal kompleksinin tikintisinə 2004-cü ilin may ayından başlanıb. Kompleksdə 110 min kubmetrdən çox dəmir-beton, şüşə-metal konstruksiya sisteminin yaradılmasında 1600 ton metal və 24 min kv. metr şüşə lövhələrdən istifadə edilib.
Kompleksdə istifadə olunan materiallar və quraşdırılan avadanlıqlar Almaniya, İtaliya, Yaponiya, Koreya, İsveçrə, Fransa, Ukrayna, Türkiyə, İran, Çin, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və digər ölkələrə məxsus şirkətlərin istehsalıdır. Bakı-Sumqayıt yolunun şərqində 21,39 hektarlıq sahəni əhatə edən avtovağzal kompleksi gün ərzində 18-20 min sərnişinə xidmət etmək, 800-950 avtobusu qəbul edib yola salmaq gücünə malikdir.
Ümumi sahəsi 170 min kv. metr ərazini əhatə edən avtovağzal kompleksinə 700 yerlik avtomobil dayanacağı, I, II, III və IV mərtəbədə yerləşən ticarət mərkəzi, III mərtəbədə yerləşən avtobus platforması, habelə sərnişin avtobuslarının dayanması üçün meydançalar, ana və uşaq otağı, poçt, teleqraf, bank, rəsmi şəxslər üçün xüsusi xidmət otağı, gözləmə zalları, kafe və yeməkxanalar, yük saxlama kameraları, oyun zalı, tibb məntəqəsi, 5 mərtəbəli 93 yerlik 4-ulduzlu mehmanxana daxildir.
Kompleksdə 14 eskalator və 10 lift quraşdırılıb. Kompleksdə müasir istilik və soyutma, ventilyasiya, video-müşahidə, siqnalizasiya, işıqlandırma sistemləri quraşdırılıb və proqramlaşdırılıb. Bütün bu sistem mərkəzləşdirilərək kompüterlə vahid məntəqədən idarə olunur.
Avtovağzal kompleksinə daxil olan texniki servis mərkəzi və yanacaqdoldurma stansiyası 24 saat ərzində xidmət göstərəcək. Qış mövsümündə platforma hissəsinə qalxan körpülərin üzərinin buz bağlamasının qarşısını almaq üçün qızdırıcı sistemlə təmin edilib.Asma şüşə tavan, eləcə də şüşə keçid, şüşə örtüklü zallar və digər konstruksiyalar respublikamızda ilk dəfə burada tətbiq olunmuşdur. Qış mövsümündə platformaya çıxan körpülərin buz bağlamasının qarşısını almaq üçün qızdırıcı sistem yaradılmışdır. 35 kilovoltluq yardımçı stansiya, 5 ədəd transformator kompleksi elektrik enerjisi ilə fasiləsiz təchiz edəcəkdir.

Qeyd edək ki, avtovağzal Bakı-Sumqayıt yolunun kənarında yerləşir

Kateqoriya: Bolgeler | Baxılıb: 7344 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 9
29.01.2015
9. Tural Göyüşov (turalgoyushoff) [Xeber]
.salam . Krasnodar weherine marwurut saat necede iwleyir? Qiymeti ne qederdir? Zehmet olmasa.

29.01.2015
8. Tural Göyüşov (turalgoyushoff) [Xeber]
.Salam. Baki Beynelxalq Avtovagzaldan Krasnodar sheherine avtobus marshurutu barede melumat almaq isteyirem. Xahish edirem bu barede etrafli bilen varsa 055 587 45 06 nomresine cagirish etsin. Zeng edib oyrenim.

30.12.2013
7. elshad [Xeber]
.salam zehmet olmasa mene stavropolageden avtobusun bıletının qıymetını deyerdınız bagazsız

28.08.2013
6. Murad [Xeber]
.salam men ismayilliya geden avtobuslarin vaxtini ve qiymetini bilmek isteyirem

18.07.2013
5. musfiq huseynov Tapdiq oglu [Xeber]
.pyatiqorskiya na vaxt va biletin qiymeti haqqinda malumat almaq isterdim

08.04.2013
4. zamiq [Xeber]
.bakldan eskisehire geden avtobus varml varsa biletin qiymeti zehmet olmasa

26.06.2012
3. azer [Xeber]
.bugun balakena cixan axirinci reys necededi?

29.05.2012
2. ZeRRiN [Xeber]
.Salam. Istanbula geden aftobus qiymetlerin deyerdinizde zehmet olmasa

01.03.2009
1. GULNAR (GULNAR) [Xeber]
.wacko sag ol

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Fevral 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024