Ehli-Beyt nedir? - Forum Başlıq
 
Başlıq
[ Новые сообщения · Участники · Правила форума · Axtarış · RSS ]
Страница 1 из 11
Модератор форума: DJFERID 
Forum » Eylence (Развличения ) » DiNi_Sohbetler_(Религия) » Ehli-Beyt nedir? (Bu haqqda ne bilirsiniz?)
Ehli-Beyt nedir?
AdminTarix: Bazar, 17.08.2008, 22:42 | Şerh # 1
Baş Admin
Qruppa: Adminstrator
Şerh: 212
şöhret: 1
Status: OFFline
Ehli-beyt (e) o şexslere aiddir ki, Quran onların evinde nazil olmuşdur ve onlar şeriet hökmlerini hamıdan kamil bilirler. ehli-beyte daxil olan şexsler harada olurlarsa olsunlar Peyğemberin (s) yaxın qohumu sayılırlar.

 
iravaniTarix: Bazar, 07.09.2008, 21:40 | Şerh # 2
Подполковник
Qruppa: Istifadeci
Şerh: 14
şöhret: 2
Status: OFFline
Qur᾽ani-kərim düşüncə, qanun və hikmət qaynağıdır. Qur᾽anda olan kəlamların hamısı vəhy və Allahın müqəddəs ayələridir ki, insanların həyat və məişət qanunlarını göstərmək və müəyyən etmək üçün nazil olmuşdur. Bütün müsəlmanlar bilirlər ki, bu qanunlar şəriət və həyatın bütün sahələrini əhatə edir və buna görə də onlara əməl edib, onun işığında hərəkət etmək zərurətdir.
Qur᾽an müxtəlif şəkillərdə Əhli-beyt (ə) haqqında bəhs etmişdir:
1. Bə᾽zən xüsusi ifadələr və adlarla onlardan söhbət açır: Məsələn, Qur᾿anda «Əhli-beyt», «Zəvil-qurba» və bu kimi sair ifadələrlə rastlaşırıq. Bu keyfiyyətlə bir çox ayələr nazil olmuşdur ki, onlar həzrət Peyğəmbərin (s) zamanında onun söylədiyi hədislər vasitəsi ilə açıqlanmışdır. O hədislər müasir təfsirçilərin və hədis söyləyən ravilərin kitablarında mövcuddur.
2. Bə᾽zən də Əhli-beyt (ə)-a aid olan hadisələri zikr edir və bu vaqiələr barədə nazil olan ayələrlə onların fəzilət və məqamlarını açıqlayır. Bununla da ümmətin diqqətini onlara cəlb edir. Bu ayələrin bəzilərində Əhli-beyt (ə)-ın hamısından söhbət gedir. Məsələn, «Ali İmran» surəsinin 61-ci ayəsi «Mübahilə» və «Dəhr» surəsində olan «It`am» ayəsini buna misal göstərmək olar. Bəzi ayələrdə isə Əhli-beyt (ə)-ın ayrı-ayrı üzvləri haqqında bəhs edilir. Məsələn, «Vilayət» ayəsində deyilir:
إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
«Sizin vəliniz (ixtiyar sahibləriniz) yalnız Allah, onun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.» (maidə 55)

<Ey Peyğəmbər, müsəlmanlara de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yo lunda çəkilən zəhmət) müqabilində Ə hli-beytimi sevməkdən başqa bir şey istəmirəm» (Şura surəsi, 23-cü ayə)
Əziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dostluğun vacib olduğunu müsəlmanlar üçün izah etmişdir.
Təfsir, hədis və tarix kitablarında qeyd olunduğu kimi, bu ayədəki, «zil-qurba» kəlməsindən məqsəd Əli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir. Zəməxşəri öz «Kəşşaf» təfsirində belə yazmışdır: «Bir gün müşriklər: Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi? – deyə danışırdılar ki, cavab olaraq bu ayə nazil oldu:
«Ey Peyğəmbər (müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.»
Zəməxşəri öz sözünə davam edərək yazır: Rəvayətə görə bu ayə nazil olandan sonra həzrət Peyğəmbərdən (s) soruşdular: «Ya Rəsuləllah! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?
Peyğəmbər (s) cavabında buyurdu:
«Onlar Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyndən ibarətdir.»
Əllamə Bəhrani bu hədisi Əhməd ibni Hənbəlin «Müsnəd» adlı kitabından orada zikr olunan silsilə sənədlə Sə᾽id ibni Cubeyrdən və o da ibni Abbasdan belə nəql edir: Məvəddət ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?» O, Həzrət (s) belə buyurdu: «Əli, Fatimə və iki oğlanları.»

 
AdminTarix: Çerşenbe axşamı, 09.09.2008, 13:43 | Şerh # 3
Baş Admin
Qruppa: Adminstrator
Şerh: 212
şöhret: 1
Status: OFFline
maraqlı xebere göre teşekkur..)))

 
iravaniTarix: Çerşenbe axşamı, 30.09.2008, 00:30 | Şerh # 4
Подполковник
Qruppa: Istifadeci
Şerh: 14
şöhret: 2
Status: OFFline
Əssalamu aleykum. Mövzunun adı düzgün qoyulmayıb. Əhli-beyt sözünün mənası nədir ? və yaxud Əhli -beyt kimlərdən ibarətdir? daha gözəl olar .
Bu bölmədə tema açmaq nə üçün olmur?
 
GULNARTarix: cüme axşamı, 05.02.2009, 09:47 | Şerh # 5
ModeratoR TTIO
Qruppa: Moderator
Şerh: 25
şöhret: 3
Status: OFFline
qisa bele deyerdim>>>VASİTƏ istesen Ehli –Beyt yeter.
“Ehli-Beytden qabaga düşsen azdın, arxaya qalsan batdın



 
iravaniTarix: cüme, 06.02.2009, 15:32 | Şerh # 6
Подполковник
Qruppa: Istifadeci
Şerh: 14
şöhret: 2
Status: OFFline
Bağışlayan və mehriban Allahın adı ilə

34151 - مثل أهل بيتي مثل سفينة نوح من ركبها نجا ومن تخلف عنها غرق ( البزار - عن ابن عباس وعن ابن الزبير ك - عن أبي ذر )

Mənim Əhli-beytimin misalı Nuhun gəmisi kimidir. Hər kim ona mindi nicat tapdı və hər kəs minməkdən imtina etdi qərq oldu. Kənzul-ummal 12/178

34169 - إنما مثل أهل بيتي فيكم كمثل سفينة نوح من ركبها نجا ومن تخلف عنها هلك ( ابن جرير - عن أبي ذر )

Həqiqətən Mənim Əhli beytimin misalı sizin aranızda Nuhun gəmisi kimidir. Hər kəs ona mindi nicat tapdı və hər kəs ona minməkdən imtina etdi həlak oldu. Kənzul-ummal 12/185 وقال الحافظ أبو يعلى: حدثنا سويد بن سَعِيد، حدثنا مفضل بن عبد

الله، عن أبي إسحاق، عن حَنَش قال: سمعت أبا ذر وهو آخذ بحلقة الباب يقول: يا أيها الناس، من عرفني فقد عرفني، ومن أنكرني فأنا أبو ذر، سمعت رسول الله صلى الله عليه وسلم يقول: "إنما مثل أهل بيتي فيكم مَثَل سفينة نوح،من دخلها نجا، ومن تخلف عنها هلك" (1) .

Təfsir ibn Kəsir 7/203 bab 23 2637

- حدثنا الحسين بن أحمد بن منصور سجادة ثنا عبد الله بن داهر الرازي ثنا عبد الله بن عبد القدوس عن الأعمش عن أبي إسحاق : عن حنش بن المعتمر قال : رأيت أبا ذر أخذ بعضادتي باب الكعبة وهو يقول : من عرفني فقد عرفني ومن لم يعرفني فأنا أبو ذرالغفاري سمعت رسول الله صلى الله عليه و سلم يقول : مثل أهل بيتي فيكم كمثل سفينة نوح في قوم نوح من ركبها نجا ومن تخلف عنها هلك ومثل باب حطة في بني إسرائيل

Həniş ibn Motəmir nəql edir: Əbu Zər Qifarini gördüm Kə`bə evinin iki dəstəyindən tutub deyirdi: Hər kəs məni tanıyıbsa tanıyıb və hər kəs ki, məni tanımırsa agah olsun! Mən Əbu Zər Qifariyəm. Mən Rəsulullahdan (s) eşitdim deyirdi: Mənim Əhlibeytimin misalı sizin aranızda Nuhun gəmisi kimidir onuin qovmunun arasında. . Hər kəs ona mindi nicat tapdı və hər kəs ona minməkdən imtina etdi həlak oldu. Mənim Əhli beytim Bəni İsrailin Hittə qapısı kimidir. Mocəmul Kəbir 3/45-6,

12388- حدثنا علي بن عبد العزيز ثنا مسلم بن ابراهيم ثنا الحسن بن أبي جعفر عن أبي الصهباء عن سعيد بن جبير عن ابن العباس رضي الله عنهما قال : قال رسول الله صلى الله عليه و سلم : ( مثل أهل بيتي مثل سفينة نوح من ركب فيها نجا ومن تخلف عنها غرق) Mocəmul Kəbir 12/34

عن ابن عباس رضى الله عنهما قال قال رسول الله صلى الله عليه وسلم (مثل اهل بيتى كمثل سفينة نوح من ركبها نجا ومن تعلق بها فاز ومن تخلف عنها غرق) اخرجه الملا في سيرته. وعن على رضى الله عنه قال قال رسول الله صلى الله عليه وسلم (مثل اهل بيتى كمثل سفينة نوح من ركبها نجا ومن تعلق بها فاز ومن تخلف عنها زج في النار) اخرجه ابن السرى .Zəxairul-uqba 1/20

Hacı Elman İbadov kerrar@mail.ru

Saytın materiallarından istifadə edərkən istinad zəruridir.

http//islamiyyet.ucoz.ru/news/2009-01-28-107

Şerhi deyişdirdi iravani - cüme, 06.02.2009, 15:33
 
DJFERIDTarix: Çerşenbe axşamı, 03.03.2009, 21:29 | Şerh # 7
Генерал-лейтенант
Qruppa: Istifadeciler
Şerh: 15
şöhret: 1
Status: OFFline
iravani, maraqlı məlumatlar üçün təşəkkürlər
 
Forum » Eylence (Развличения ) » DiNi_Sohbetler_(Религия) » Ehli-Beyt nedir? (Bu haqqda ne bilirsiniz?)
Страница 1 из 11
Поиск:


Design by Kamal Zeynallı © 2016